adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Noyabr 2022 11:29
561
ŞOU-BİZNES

Aslı Ənvərdən xəbər var: Toyundan 1 həftə  sonra...

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Aslı Ənvər sevgilisi, iş adamı Berkin Gökbudak ilə noyabrın 12-də ailə qurub.
Aktrisa bu barədə sosial media hesabında paylaşım etdi. O, nikahdan olan fotoları sosial media hesabında yayımlayaraq "Hə!" deyə, yazmışdı.

Bir müddət əvvəl tanış olan münasibətlərini hər kəsdən gizli saxlayan cütlükdən yeni xəbər var.


Adalet.az HaberTürk.com-a istinadən xəbər verir ki, ikilidən daha bir şad xəbər gəldi. Ənvər hamilə olduğunu nikah masasına oturandan bir həftə sonra öyrənib.

Qeyd edək ki, Aslı Ənvər 5 ay eşq yaşadığı iş adamı Önder Öztarhanla ayrıldı . Evlənəcəyi deyilən cütlüyün qəfil ayrılığı gündəm oldu. Halbuki, Aslı Enver bu yaxınlarda Ortaköydəki bir məkanda Önder Öztarhan və gələcək qayınanası ilə nahar edib. Məkandan çıxarkən onu gözləyən mətbuat mənsubları ilə söhbət edən Ənvər münasibətləri haqda "Hər şey yaxşıdır. Gördüyünüz kimi münasibətlərimiz çox yaxşı gedir", demişdi. Cütlüyün ayrılma səbəbini Aslı açıqladı: "Vaxt vacib şeydir. Biri-birimizə zaman ayıra bilmədik".
Sevgililərini tez-tez dəyişməsi ilə hər zaman gündəmdə olan gözəl aktrisa 13 iyul 2012-ci ildə aktyor Birkan Sokullu ilə evləndi. 27 avqust 2015-ci ildə boşandığını elan edib.

 Əntiqə Rəşid