adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
01 Aprel 2015 16:06
1278
SİYASƏT

Asim Mollazadə ABŞ diplomatı ilə görüşdü

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb. 


Partiyadan verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, ölkələr arasındakı əməkdaşlıq perspektivləri, regiondakı və Azərbaycandakı ictimai-siyasi vəziyyət, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə ABŞ səfirliyinin Siyasi məsələlər üzrə mütəxəssisi Afaq Cavadova da iştirak edib.