Aşığa saz kimi maşın hədiyyə ediblər

Bundan sonra gərək saz götürüb, dastan qoşum hüsnünə.
Xalqımı şifahi olan şeyləri sevir.
Məsələn, xəbərin dəqiqini açıb oxumağa ərinir, şifahi şayiəyə inanır.
Kitab oxumağı sevmir, amma meyxanadan ötrü sinov gedir.
Eşitdim ki, aşıq Zülfiyyəyə Qazaxıntanda yaşayan bir xanım 180 minlik maşın hədiyyə edib.
Aşığın da bu hədiyyənin önündə sözü bitib, başlayıb dalay-dalay eləməyə. Deyib ki, mən bu hədiyyəni qəbul edə bilmərəm.
180 minlik maşın hədiyyəsinə arxa çevirmək?
İndiki dövrdə?
Hansı saz havası üstündə inanasan?!
Ruhani?
Yanıq Kərəmi?
Ovşarı?
Dübeyti?
Eminquey