AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edilib.
Modern.azxəbər verir ki, bu barədə Strasburqda bu gün işə başlamış və yanvarın 25-dək davam edəcək AŞ PA qış sessiyası zamanı elan olunub.
Azərbaycan tərəfindən nümayəndə qismində Ülviyyə Ağayeva, Sahibə Qafarova, Sabir Hacıyev, Rəfael Hüseynov, Qənirə Paşayeva və Səməd Seyidovun, əvəzləyici qismində Sevinc Fətəliyeva, Çingiz Qənizadə, Naqif Həmzəyev, Elşad Həsənov, Asim Mollazadə və Fazil Mustafanın səlahiyyətləri təsdiq olunub.
Qeyd edək ki, sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası keçiriləcək. AŞ PA-nın plenar iclasında Gürcüstan və Ermənistanda keçirilmiş parlament seçkilərinin müşahidəsi üzrə müzakirələr aparılacaq.
Digər Xəbərlər
28 Aprel 2024 14:53
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
27 Aprel 2024 21:10"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30