Arvadını qısqanclığa görə öldürən şəxsə hökm oxundu - müalicə olunacaq
Arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Adalet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1961-ci il təvəllüdlü Müsəddiq Əliyevin cinayət işi məhkəmə iclası başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib. Onun barəsində məcburi müalicə qərarı çıxarılıb.
Qətl hadisəsi ötən il Lökbatan qəsəbəsində baş verib.
Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilə M.Əliyev qətli qısqanclıq zəminində törətdiyini deyib.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35