Arvadına və qızına zorakılıq edən şəxs HƏBS EDİLDİ - YENİLƏNİB
Həyat yoldaşına və qızına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Adalet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov əvvəlcə həyat yoldaşını, daha onra isə azyaşlı qızını təhqir edərək döyüb. Ana həmin ananın görüntülərini videoya çəkərək kömək istəyib.
*** 11:40
Azyaşlı övladına qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
"Görüntülər araşdırılıb. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü E. Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir", - açıqlamada deyilir.
Digər Xəbərlər
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31
Xaçmazda yaşayış evlərini su basdı - Sakinlər təxliyə edildi - VİDEO
28 Mart 2026 13:50
Xırdalanda binanın zirzəmisinə su doldu - VİDEO
28 Mart 2026 13:21


Bakı -°C

