Artur Rasi-zadə Levan İzoria ilə Qarabağı müzakirə edib
Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz layihələrinin, istər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və digər müştərək fəaliyyətin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Artur Rasi-zadə iqtisadi-ticarət və mədəniyyət istiqamətləri ilə yanaşı, müdafiə sahəsində əməkdaşlığın da yüksəldilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb. O, müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində mövcud imkanlardan səmərəli istifadənin zəruriliyinə diqqəti yönəldib.
Dost, qardaş Azərbaycanın Gürcüstana hər zaman dəstək verdiyini məmnunluqla ifadə edən müdafiə naziri Levan İzoria tarixi əlaqələrimizi və müasir strateji əməkdaşlıq amilini nəzərə almaqla ikitərəfli münasibətlərimizin bütün spektr üzrə daha da dərinləşdirilməsinin həqiqətən hər iki tərəf üçün faydalı olması fikrinə həmrəyliyini bildirib.
Regional problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi zamanı hər iki tərəf bölgədə sabitliyin saxlanması və iqtisadi inkişafın təmin edilməsi naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47