Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO

Sosial şəbəkələrdə tələbələrin metrodan tələbə kartı vasitəsilə ödəniş edərək keçdiyini əks etdirən görüntülər yayılıb.
Adalet.az-ın məlumatına görə, Bakı Metropolitenindən “Azedu”ya bildirilib ki, metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.
Qeyd olunub ki, layihə “BakıKART” və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir: “İlkin mərhələdə “Kapital Bank”ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından məsələn, “BakıKart”dan istifadə etsinlər. Həmçinin balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər. Ona görə yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür”.
Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova isə Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı həm də bank kartı olduğu üçün tələbələr bundan istifadə edə bilirlər: “Sözügedən yenilik yalnız tələbələrə aid deyil, bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, “TələbəPlus” kartı həm də bank kartı statusuna malikdir. Bu səbəbdən hazırda metropolitenlərdə aparılan sınaq mərhələsi çərçivəsində bu kartla da ödəniş etmək mümkündür. Kartların ümumilikdə ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks bir prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə həyata keçirilir. Tələbələr üçün xüsusi endirim və güzəştlərin müəyyən edilməsi isə Tarif Şurasının səlahiyyətinə aid məsələdir.
Təhsilin İnkişafı Fondu olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi şəkildə məlumatlandıracağıq”.
Digər Xəbərlər
28 Oktyabr 2025 12:17 Şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq
27 Oktyabr 2025 15:23 Azərbaycan Universitetində maarifləndirici tədbir keçirilib
27 Oktyabr 2025 12:46 Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ!
27 Oktyabr 2025 10:01 

Bakı -°C 










