Arılar da sərxoş olurmuş - Xəbərdarlıq edildi
İngiltərədə mütəxəssislər yayın sonlarında çürümüş və fermentləşdirilmiş meyvələrlə qidalanan arıların sərxoş olaraq aqressivləşə biləcəyini və bunun insanlara sancma riskini artırdığını bildiriblər.
Adalet.az xəbər verir ki, Britaniya Zərərvericilərə Qarşı Mübarizə Assosiasiyasının (BPCA) məlumatına görə, yayın sonlarında fermentləşdirilmiş meyvələrə axın edən arılar spirtin təsiri altında istiqamətlərini itirə və daha aqressiv davrana bilərlər.
Mütəxəssislər xüsusilə İngiltərənin bəzi bölgələrində sakinləri arı sancmalarına qarşı diqqətli olmağa çağırıblar. Çünki sancmalar bəzi insanlarda həyati təhlükə yarada bilən anafilaktik reaksiyaya səbəb ola bilər.
Ətraf mühit üzrə mütəxəssislərin bildirdiyinə görə, işçi arılar yayın sonuna yaxın qışa hazırlıq prosesində əvvəlki qədər aktiv olmur. Bu dövrdə onlar çürümüş və fermentləşdirilmiş meyvələrə yönəlir və həmin meyvələrdə yaranan spirt onların davranışlarına təsir göstərə bilər.
Britaniya Qırmızı Xaç Cəmiyyəti arı sancmasına məruz qalan şəxslərə iynəni dəridən mümkün qədər tez çıxarmağı tövsiyə edir.
Mütəxəssislər nəfəs almaqda çətinlik, üz və boğaz nahiyəsində şişkinlik, başgicəllənmə və digər ciddi allergik əlamətlər yarandıqda təcili tibbi yardım çağırmağın vacib olduğunu vurğulayırlar.
Digər Xəbərlər
28 Avqust 2026 09:23
Bu tarakan bir gün həyatınızı xilas edə bilər
28 Avqust 2026 09:15
3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı
27 Avqust 2026 19:06
Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu
27 Avqust 2026 16:51
Toyuq əti dünyada ən populyar qida oldu - Qlobal statistika
27 Avqust 2026 09:11
40 il əvvələdək dünyadan xəbərləri yox idi - Zamanı da tanımırlar...
26 Avqust 2026 09:21
100 yaşdan çox yaşamağın sirri açıldı
26 Avqust 2026 09:19
Plastik tullantılardan peçenye hazırladılar
25 Avqust 2026 17:50


Bakı -°C

