adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2018 11:38
8617
MƏMLƏKƏT

Arıçıların bilik və bacarıqları artırılır

Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyitərəfindən həyata keçirilən "Regionda arıçılığın inkişafının sürətləndirilməsi”layihəsi başa çatıb.

"Sosial İqtisadi İnkişafaDəstək” İctimai Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, layihəçərçivəsində 28-31 may 2018-ci il tarixlərində Qəbələ və Oğuz rayonlarındaseminarlar keçirilib. Seminarlar zamanı "Sosial İqtisadi İnkişafa Dəstək”İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında geniş məlumatverərək qeyd edib ki, layihənin əsas məqsədi Qəbələ və Oğuz rayonlarındaarıçılığın inkişafına töhfə vermək, region arıçıları və həvəskar arıçılarınseminarlara cəlb edilməsi ilə arıçılıq istiqamətində onların bilik vəbacarıqlarının artırılmasına nail olmaqdır.

Çıxış edən natiqlərdən layihənineksperti Səbuhi Nəbiyev arıçılığın tarixi, arıçılığın inkişafı, dövlətimizinarıçılığa göstərdiyi yüksək diqqət və qayğı, regionda arıçılığın mövcudvəziyyəti və inkişaf imkanları, arıçılıq məhsullarının təbabətdə istifadəsi,arı cinsləri, arı ailəsi, işçi arılar, erkək arılar, arıların maraqlıxüsusiyyətləri, arı xəstəlikləri, ana arı veriləcək arı ailələrininhazırlanması və s. haqqında geniş məlumat verib.