Argentina və Braziliya milliləri uduzdu - VİDEO
DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
Adalet.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma təşkil olunub.
Boliviya yığması Braziliyanı, Ekvador Argentinanı, Paraqvay isə Perunu 1:0 hesabı ilə üstələyib.
Digər qarşılaşmada Kolumbiya Venesuelaya 6:3 hesabı ilə qalib gəlib, Çili - Uruqvay matçında isə qapılara qol vurulmayıb.
Beləliklə, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay yığmaları dünya çempionatının final mərhələsinə iştirak hüququ əldə edib. Boliviya millisi isə DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarında qüvvəsini sınayacaq.
Digər Xəbərlər
19 Aprel 2026 12:59
Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq
19 Aprel 2026 12:00
Toralın formasına görə tribunada mübahisə yarandı - İşə polis qarışdı - VİDEO
18 Aprel 2026 23:59
"Qalatasaray" səfərdə qələbə qazandı
18 Aprel 2026 23:53


Bakı -°C

