“Aqrolizinq idarəçiliyi düzgün qurmalıdır” - Nazir
Bugün Kənd Təsərrufatı Naziriyində nazir İnam Kərimov və "Aqrolizinq” ASC -nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib.
Bu barədə Adalet.az nazirliyə istinadən xəbər verir. "Fermerlərlə ən çox təmasda olan və onları dinləyən Aqrolizinqdır. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz "Aqrolizinq”in üzərinə düşür. "Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, -deyə nazir toplantını açıb.
Toplantıda nazir taxil biçini kampaniası başlamazdan əvvəl "Aqrolizinq” ASC –nin qarşısına qoyulan əsas vəzifələri - mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə və taxıl yığımı kampaniyası səmərəli təşkil olunmalı, kombaynların dislokasiasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalı, bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütamadi olaraq maarifləndirici verlişlər hazırlanmalı və maliyyə nizam- intizamına, səffaflıqa və dövlət vəsaitinə ciddi nəzarət olunmasını toplantı iştrakçılarının nəzərinə çatdırıb.
Sonda nazir İnam Kərimov "Arqolizinq” ASC –yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35