adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
08 Aprel 2020 16:22
12119
MƏMLƏKƏT

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Adalet.az-ın məlumatına görə, fərmanla Agentliyə yeni səlahiyyət verilib.

Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.