adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
04 Fevral 2020 09:40
42815
MƏMLƏKƏT

Aqil Abbasın Qobuda seçicilərlə görüşü - FOTOLAR

83saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən namizədliyi qeydə alınmış AqilAbbasovun (Aqil Abbasın) seçicilərlə görüşü davam edir. Fevralın 1-dəQobu qəsəbəsində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərləgörüşüb. Səmimi keçən görüşdə seçicilər AqilAbbasa hazırdaməskunlaşdıqları Qobudakı şəraitlə bağlı bir çoxproblemlərini çatdırıblar. Və eyni zamandaüzləşdikləri bəzi çətinlikləri yada salıblar.

AqilAbbas Qobuda olan şəhid ailələri ilə də görüşüb. O, şəhid ailəsi və Qarabağdöyüşçüsü İmanın evində olub, onun çətinlikləri və problemləri ilə maraqlanıb.Çay süfrəsi arxasında səmimi keçən söhbətdən şəhid ailəsi çox razı qalıb.