adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Oktyabr 2014 17:58
8441
SİYASƏT

Aqil Abbas xeyir-şər məclislərinin siyasiləşməsinə qarşı

Millət vəkili  Aqil Abbas xeyir-şər məclisləri siyasiləşməsinin əleyhinədir. Millət vəkili bununla bağlı KİV-əverdiyi açıqlamasında deyib ki, həm xeyir, həm də şər məclislərində iştirakagörə, tənqid olunmaq olduqca gülüncdür: "Mənim həm müxalifətdə, həm də hakimiyyətdədostlarım var. Məmməd Araz, eləcə də, atam vəfat edən də hər iki düşərgədənolan tanışlarım yas mərasimində iştirak ediblər. Bu, bizim millətimizin adət-ənənəsidir.Xeyir-şər məclisi siyasi mübarizə meydanı deyil. Vurğun Əyyubla, eləcə dəMehman Cavadoğlu ilə mənim dostluğum var, tələbə yoldaşı olmuşuq. HəttaM.Cavadoğlu ilə 5 il birgə işləmişik. İndi sabah Vurğun Əyyub övladına xeyir işeləsə, məni dəvət etməməlidir? Əgər dəvət etməsə də, həmin məclisə gedərəm.Siyasi mövqeləri belə məsələlərə bulaşdırmaq olmaz. İkram İsrafil məni də toyadəvət etmişdi. Ancaq rayonda olduğumdan məclisdə bilavasitə iştirak edə bilmədim.İkram İsrafil parlamentdə fəaliyyət göstərib, deputat həmkarları ilə dəfələrləxaricdə səfərdə olub. İnsanlarla münasibəti var. Özü də dövlətçiliyin tərəfindəolan adamdır. Ümumiyyətlə, məhz belə müsbət hallara kölgə salmaqla insanlarıbir-birinə düşmən edirlər. Əslində şəxsimüstəvidə müxalifətlə iqtidar arasında problem yoxdur. Müxalifətdə bir qrupradikal sadəcə olaraq bu cür düşünür və hərəkət edir. Bu da yolverilməz haldır. Bizimmilli adət-ənənələrimiz olub və indi də var”.