31 Yanvar 2017 16:15
19420
GÜNDƏM

Aqil ABBAS: SEYİD MƏHƏMMƏD AĞA HƏCCƏ NİYƏ GETMƏDİ?

Ağcabədidə mənimdoğulduğum kənddə bir Seyid Məhəmməd ağa yaşayır. Laçınlıdı. İşğaldan sonra Ağcabədiyəpənah gətirib. Və nədənsə bizim kəndi seçib, Bayatın Hacılarını. Kəndimizdə Qarabağınən şöhrətli seyidlərindən biri Seyid Heydərağanın ocağı var, bəlkə ona görə. Bəlkə kəndimiz Ağdama daha yaxındır ona görə.Bu nurani qoca çox böyük hörmət-izzət sahibidi. Nə qədər etiraz eləsə də, kim onunlarastlaşsa əlindən öpür. Mən də həmişə onun əlindən öpərəm, o da mənim alnımdan öpər.

Şöhrəti Qarabağdanda kənarlarda yayılmış Seyid Lazım ağa ilə bir nəsildəndi.

«Dolu»filmi çəkilərkən getdim yanına. Dedim ki, Ağa, səni filmdə kiçik bir epizoda çəkmək istəyirəm. Əvvəlrazı olmadı, dedi mən hara, film hara. İzah elədim ki, filmin sonunda Qarabağ şəhidləriməzarlarından qalxırlar və Komandirlərinin ardınca yenidən döyüşmək üçün üz tuturlar üzüAğdama, Şuşaya. İstəyirəm ki, orda Komandirin arxasında siz olasız. Həzrəti Əlinin,imam Hüseynin nəslinin nümayəndəsi şəhidlərimizin içində olsun və o şəhidləri döyüşəaparan Komandirə arxa olsun. Razılaşdı.

Çəkilişdən sonradedi ki, Məllim, gərək çıxıb gedəydik, dayanmayaydıq, nə olardı-olardı. Dedim, Ağa,darıxma, inşallah, o da olacaq. Əsgərlərimizə onda da xeyir-duanı verərsən və əsgərlərimizsəni çiyinlərində Laçına apararlar. Kövrəldi.

Bir gün eşitdim ki,Seyid Məhəmməd ağa Həccə ziyarətə getmək istəyir. Getdim yanına ki, bəlkə bir ehtiyacı olar, mən də kömək edim. Dedim, Ağa, Allah ziyarətini qəbul eləsin, eşitdim Həccə gedirsən?

Gülümsədi. Dedi:

-Məllim, gedəsi olmadım.

-Niyə? Bəlkə pulun çatmadı?

-Yox, Məllim, pulum vardı, amma qərarımı dəyişdim.

-Axı niyə?

SeyidMəhəmməd ağa:

-Bilirsən, Məllim, bizim kəndin yolu abaddı, sən sağ ol, icra başçımız sağ olsunbu yola görə. Amma Qaraxanlının yolu xoşuma gəlmirdi, Həcc üçün yığdığım pulu verdimyol idarəsinə ki, Qaraxanlının yolunu dabizim kəndin yolu kimi abad eləsin.

İndibelə bir kişinin əlini necə öpməyəsən?! Belə bir kişini necə sabahların birindəçiyinlərində Laçına, öz doğma yurd-yuvasınaaparmayasan?! Belə bir kişinin nəslini necə sevməyəsən?!

HəminQaraxanlı yolu da planda vardı təmir olunsun və təbii ki, Ağanın verdiyi vəsait o təmirə çatmazdı. Amma varın verən utanmaz, özü də o varınki bəlkə illərlə yığmışdı ki, getsin Allahevini ziyarət etsin. Amma əcdadı HəzrətiƏlinin məşhur bir kəlamı onu bu səfərdən saxladı: «Yol çəkmək Əlidən qalıb».

Qarabağdada yola «Əli yolu» deyirlər. And içəndə də deyirlər ki, «bu Əli yolu haqqı».

Rayonicra hakimiyyəti o yolu təmir elədi. Nə illah elədilər ki, Məhəmməd ağanın pulunuqaytarsınlar istəmədi, dedi, bu işdə mənimdə payım olsun.

Ammabilmədim mən bu yazını niyə yazdım?

AqilABBAS