Aqil Abbas: “Onların məzarı ölkəyə gətirilsə, mən də tələb edəcəm ki...”
İkinci Dünya Müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada dəfn olunduğu yer tapılıb.
Respublika Veteranlar Təşkilatından bildirilib ki, Moldovada Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində itkin düşmüş hesab olunan azərbaycanlılardan 206 nəfərin kimliyi, təvəllüdü, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunub, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib.
Respublika Veteranlar Təşkilatının nümayəndəsi Telman Babayev açıqlamasında bildirib ki, hazırda məzarı tapılan şəxslərin ailələri, yaxınları axtarılır:"Veteranlar təşkilatı 206 şəxsin ikisinin ailə üzvlərini tapıb və danışıqlar aparıb. Onlardan biri Sumqayıtdan, biri isə Bakıdandır”.
T.Babayevin sözlərinə görə, həmin şəxslərin qəbirlərinin Azərbaycana gətirilməsi planlaşdırılır.
Milli Məclisin üzvü Aqil Abbas isə İkinci dünya müharibəsi iştirakçılarının cənazə qalıqlarının Azərbaycana gətirilməsi fikri ilə qətiyyən razılaşmadığını bildirib:"Onların böyük əksəriyyətinin qəbirləri vətəndən kənardadır. İndi gedək onların hamısını çıxardaq Azərbaycana gətirək? Bu nə yanaşmadır? Mənim əmim də müharibə iştirakçısı olub. Gedib onun nəşini gətirib Ağcabədidə basdırım? İnsandır, müharibə olub, dünyasını dəyişib. İslam aləmində belədir, insan harada şəhid olursa, orada da dəfn olunur. Vuruşdular, şəhid oldular, orada da dəfn olundular. Əgər onların məzarı Azərbaycana gətirilsə, onda mən də deyərəm ki, gedin mənim də əmimi gətirin. Başqası da mənim kimi. Yaxşı, onda mən də deyirəm ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni də gətirək. Gətirəcəklərmi? Bu cür yanaşmanı başa düşmürəm”.

Digər Xəbərlər
27 Aprel 2024 11:01
Terrorçunun aqibəti: Başsız basdırılan yezidi Kərəm Sloyanın doğulma peşmançılığı
26 Aprel 2024 21:15Kəmaləddin Heydərov müşavirə keçirdi
26 Aprel 2024 18:40Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
26 Aprel 2024 18:00Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel 2024 17:32