adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2019 09:11
26745
GÜNDƏM

AQİL ABBAS: NAZİM SABİROĞLU DA ALƏMİ QARIŞDIRDI

Çıxıb gedib Şuşaya, burdan-burada bizə deməyib. Ayıb olsun, bu nə təhərdostluq-qardaşlıqdı. Özü də Xan əminin mahnı qoşduğu, Vasif Quliyevinbibisi «Ay Qəmərim, Qəmərim»in xəngəlxanasındaxəngəl yeməmisənsə, bu nə səfər oldu ey. Maa demirdin-demirdin, heç olmasaVasifə deyərdin də, Şuşa üçün burnununucu göynəyir. İki qalalıqoşulub bir-birinizə o ki var ağlaşardınız.

Dərd budeyil ey, dərd odur ki, həmin gün mənə neçə saytdan zəng gəldi ki, Nazim Sabiroğlunun Şuşaya səfərini necə qiymətləndirirsiz? Mən də hamısına məsləhət görürdüm ki,yazını ikinci dəfə, başa düşmədinizsə üçüncü dəfə oxuyun.

Məşhur söhbətdi.Folknerə deyirlər ki, «Səs-küy və qəzəb» romanını oxudum, heç nə başa düşmədim. Yazıçı da deyir ki, get ikinci dəfə oxu, başa düşməsən üçüncü dəfə oxu, yenə başa düşməsən dördüncü dəfə oxu, yenə başa düşməsən vur, oxu. Çünki mən özümvurub yazmışam.

Nazim Sabiroğlununda «Şuşada gördüklərim»yazısı həm səs-küysaldı, həm də qəzəb oyatdı.

Nazim Folknerdən fərqliolaraq, bu yazını vurub yazmamışdı, qəzəbindən yazmışdı.

Var ol, qardaş, Şuşanı görməyənləriaparıb doğma şəhərində gəzdirdin. Davamınıda yaz, yaxşı olar.