adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2016 18:40
8415
GÜNDƏM

Aqil Abbas Hindarx qəsəbəsində müəllimlərlə görüşdü

Dünən seçiciləri ilə görüşə gəlmiş millət vəkiliAqil Abbas  Ağcabədi rayonunun Hindarx qəsəbəsində olmuşdur. Millət vəkili birmüdət əvvəl burada yanmış məktəb binasına baş çəkmiş, məktəbin pedoqojikollektivi ilə görüşmüşdü. Görüş zamanı baş vermiş hadisədən təəssüfləndiyinibildirən millət vəkili onu da vurğulamışdır ki, inşallah burada yeni və dahamüasir məktəb binası tikilib istifadəyə veriləcək. Bunun üçün artıq lazım olantədbir olan tədbirlər görülür.

Aqil Abbas ümidvarolduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, Ağcabədi rayonunun təhsil işçiləri ocümlədən də məktəbinin kollektivi dövlətçiliyə, millibirliyə sadiqdir və öz işləri ilə bir daha Azərbaycanın uğurlu sabahına xidmətetdiklərini sübut ediblər.

Elə bu fikrə söykənənpedoqoji kollektivin təmsilçiləri də millət vəkilindən xahiş etdilər ki,onların minnətdarlıq hisslərini ölkə rəhbərliyinə çatdırsınlar. Çünki indikiiqtisadi böhran zamnında ölkə prezidentinin müəllimlərin əmək haqqlarınını artırılmasıcənab İlham Əliyevin xalqın yanında olduğunu nümayiş etdirən şərtlərdənbiridir.

"Prezident xalqınyanındadır sa xalq da onun arxasındadır”! Bu sözlər   Hindarx qəsəbəsində yanmış məktəbinpedoqoji kollektivinin yekdil iradəsidir.

Görüşzamanı millət vəkili ilə seçicilər arasında digər məsələlərlə bağlı da fikirmübadiləsi edildi.