Aqil Abbas: "Ev verilsə, Ağdama köçəcəyəcəm"
Hazırda Qarabağda genişmiqyaslı quruculuq prosesi həyata keçirilir. Xüsusilə vurğulamaq lazımdır ki, bölgədə yalnız bərpa deyil, faktiki olaraq tamamilə yeni bir inşa mərhələsi gedir.
Adalet.az xəbər verir ki, bunu deputat Aqil Abbas Qarabağdakı bərpa-quruculuq prosesinin hazırki mərhələsindən danışarkən Bakıvaxtı.az-a bildirib:
"Köç prosesi başlayıb və qayıdış real şəkildə davam edir. Qısa müddətdə bir çox ailə öz yurduna qayıdıb".
Müsahibimiz vurğulayıb ki, növbəti il daha böyük köçün olacağı gözlənilir. Onun sözlərinə görə, ilk mərhələdə əsas prioritet infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası və məskunlaşdırmanın təmin edilməsidir. Şəhərlərdə tikinti sürətlə davam edir: küçələr, yollar, parklar və digər vacib obyektlər inşa olunur.
A.Abbas qeyd edib ki, indiyədək Qarabağın bərpası üçün 25 milyard dollara yaxın vəsait ayrılıb. Növbəti ilin büdcəsində isə bölgənin quruculuğu üçün təxminən 4 milyard manat nəzərdə tutulub.
Deputat Qarabağa köçmək istəyindən də danışıb:
"Ağdama köçmək fikrim var. Yoldaşımla sözləşmişik ki, gedib orda yaşayacağıq. Bu, həm də bir nümunə olar. İşlərimlə əlaqədar da tez-tez Bakıya gələrəm. Qaçqın statusunda deyiləm, bu səbəbdən dövlətin mənə ayırdığı ev yoxdur. Yəqin ki, hökumətə müraciət edib köçmək barədə rəsmi prosesə qoşulacağam".
Digər Xəbərlər
02 Mart 2026 20:08
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
02 Mart 2026 18:46
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB
02 Mart 2026 18:32
Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
02 Mart 2026 18:30
"BakuBus"da yeni təyinat
02 Mart 2026 18:01
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
02 Mart 2026 17:43
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
02 Mart 2026 17:36
Dövlət Dəniz və Liman Agentliyi üzərliklə bağlı dənizçilərə çağırış etdi
02 Mart 2026 16:54


Bakı -°C

