adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: BATMANQILINC

AQİL ABBAS
510 | 2022-01-24 14:58

(ƏVVƏLLİ BURADA)

Pə­nah xa­nın Qa­ra­ba­ğa qaç­dı­ğı­nı eşi­dən Na­dir şah qə­zə­bin­dən ye­rə-­gö­yə sığ­mır­dı.

- Və­zir, Pə­nah xa­nın bu xə­ya­nə­ti­ni ona ba­ğış­la­ma­ram. Ye­rin de­şi­yin­dən də ol­sa onu tap­dı­ra­cam, am­ma öl­dürt­mə­yə­cəm. Bu əl­lə­rim­lə onu şə­rəf­lən­di­rib göz­lə­ri­ni özüm çı­xar­da­cam. Son­ra da qoy Qa­ra­bağ at­la­rı­na meh­tər ol­sun. At qa­şov­la­da­cam ona. Meh­tər elə­yə­cəm onu. Axır­da ya­tır­da­cam onu.

Pə­nah xa­nın kən­di­ri­ni kə­sən­lər­dən bi­ri elə Və­zir idi. İn­di öz ye­ri­ni şi­rin sal­maq üçün əli­nə für­sət düş­müş­dü.

- Şah sağ ol­sun, mə­nim elə o vaxt­dan Pə­nah xan­dan gö­züm su iç­mir­di. Si­zə də de­dim, am­ma Qo­ca si­zi inan­dır­dı ki, qey­rət­li igid­dir. İn­di özü­nüz gör­dü­nüz onun qey­rə­ti­ni, hə­lə ona elə qı­lınc ba­ğış­la­dı­nız.

Şah:

- Və­zir, Qo­ca­nı ta­nı­dı­ğım gün­dən hə­lə bir fay­da­sız söz eşit­mə­mi­şəm. Gö­rü­nür, nə isə bur­da bir ən­gəl var.

Və­zir on­suz da Uy­ğur Əliş­dən bo­ğa­za yı­ğıl­mış­dı. Əs­lin­də onun adı və­zir idi. Şah hər şe­yi Uy­ğur Əliş­lə məs­lə­hət­lə­şir­di. Uy­ğur Əliş idi şa­hın sağ əli, inan­dı­ğı, eti­bar elə­di­yi adam. Və­zir isə şa­hın əl buy­ruq­çu­su­na çev­ril­miş­di. Və­zir Uy­ğur Əli­şi şa­hın ya­nın­da hör­mət­dən sal­maq üçün uzun il­lər­dən yı­ğıb sax­la­dı­ğı sər­və­tin ya­rı­sın­dan ke­çər­di. Am­ma bu asan iş de­yil­di. Şa­hı inan­dır­maq üçün tu­tar­lı də­lil­lər la­zım idi ki, və­zir də be­lə bir də­lil tap­maq üçün də­ri­dən-­qa­bıq­dan çı­xır­dı. İn­di əli­nə yax­şı für­sət düş­müş­dü.

- Şah sağ ol­sun, siz bur­da ol­ma­yan­da Qo­ca Pə­nah xan­la tez-­tez gö­rü­şür­dü. Özü­nüz bi­lir­si­niz ki, on­lar bərk dost­dur­lar. Pə­nah xa­nın qaç­ma­sın­da onun da əli var. Si­zin Pə­nah xan haq­qın­da olan fik­ri­ni­zi özü­müz­dən qey­ri heç kim bil­mir­di. Qu­ra­na and ol­sun, mə­nim sö­züm hə­qi­qət­dir.

Şah fik­rə get­di. O, hər şe­yə ina­nar­dı, am­ma Uy­ğur Əli­şin xə­ya­nə­ti­nə yox. Və­zi­rin də söz­lə­rin­də güc­lü bir hə­qi­qət var­dı. Çün­ki şa­hın Xo­ra­san­dan dö­nən ki­mi Pə­nah xa­nı as­dır­maq fik­ri­ni və­zir­lə Uy­ğur Əliş­dən baş­qa heç kəs bil­mir­di. Be­lə qə­ra­ra gəl­di ki, Uy­ğur Əli­şin özü­nü ça­ğırt­dır­sın. Yax­şı bi­lir­di ki, Uy­ğur Əli­şin di­lin­dən öm­rü bo­yu ya­lan söz çıx­ma­yıb. Yax­şı, tu­ta­lım, və­zi­rin düz çıx­dı, boy­nu­na al­dı, on­da? Yox, Uy­ğur Əli­şə heç cü­rə qıy­maz­dı, am­ma hər hal­da ürə­yi­ni sa­kit­ləş­dir­mə­li, onu qurd ki­mi gə­mi­rən şüb­hə­dən qur­tar­ma­lıy­dı.

- Və­zir, de, qoy Qo­ca­nı ça­ğır­sın­lar. Sən la­zım de­yil­sən. Onun­la tək qal­maq is­tə­yi­rəm.

Və­zir öz is­tə­yi­nə na­il ol­muş adam­lar ki­mi bərk se­vin­di və Uy­ğur Əli­şi tap­maq üçün çıx­dı. Na­dir şah nə qə­rar qə­bul edə­cə­yi­ni hə­lə də­qiq­ləş­di­rə bil­mir­di. İki su ara­sın­da tə­rəd­düd­lə var-­gəl edir­di. Uy­ğur Əliş gir­di, baş əy­di. Şa­hın üz-­gö­zün­dən qə­zə­bi­nin sə­bə­bi­ni an­la­sa da özü­nü on­da qoy­ma­dı, dil­lən­di:

- Al­lah heç vaxt öz şə­fəq­lə­ri­ni üs­tü­nüz­dən əs­kik elə­mə­sin.

- Qo­ca, keç əy­ləş. Gör­dün də sə­nin dos­tun Pə­nah xa­nın sə­da­qə­ti­ni!..

Uy­ğur Əliş şa­hın sə­sin­də­ki qə­zə­bi, is­teh­za­nı "sə­nin dos­tun" kəl­mə­sin­də xü­su­si vur­ğu­nu o də­qi­qə tut­du. Ke­çib şa­hın gös­tər­di­yi yer­də əy­ləş­di.

Uy­ğur Əliş:

- Şah, Pə­nah xan mərd adam­dı.

- Mən onu ki­şi elə­yib, ki­şi­lər cər­gə­si­nə qoy­muş­dum. O, mərd ol­say­dı, mə­nim kü­rə­yi­mə xən­cər sap­la­ma­ğa ha­zır­laş­maz­dı.

Uy­ğur Əliş şa­hın həd­din­dən ar­tıq qə­zəb­li ol­du­ğu­nu gör­sə də öz fik­rin­dən dön­mək is­tə­mə­di.

- Şah, Pə­nah xan heç vaxt sə­nin kü­rə­yi­nə xən­cər sap­la­maz. Mə­nə inan. Özün bi­lir­sən ki, ne­çə il­lər­di sə­nə sə­da­qət­lə qul­luq edi­rəm. Dün­ya ma­lın­da da bir­cə qı­ça gö­züm yox­du. Ola­nım bir ca­nım­dı, onu da sə­nin yo­lun­da qoy­mu­şam. İnan, xən­cə­ri kü­rə­yi­nə Pə­nah xa­nı sə­nin gö­zün­dən sa­lıb lə­kə­lə­yən­lər sap­la­ya­caq­lar.

Şah heç nə­dən xə­bə­ri yox­muş ki­mi, şüb­hə­si­ni qə­ti hiss et­dir­mə­dən so­ruş­du:

- Qo­ca, Pə­nah xan mə­nim təd­bi­rim­dən ne­cə xə­bər tu­tub?

Uy­ğur Əliş də Uy­ğur Əliş idi.

- Şah, mə­ni as­dı­ra da bi­lər­sən, ti­kə-­ti­kə doğ­ra­dıb it­lə­rə də ye­diz­di­rər­sən. Sə­nin əlin­də­dir. Mən heç nə­dən qorx­mu­ram. Bu gün öl­mə­li adam bir gün ar­tıq ya­şa­maq­la, o bir gün­lük əzab­dan baş­qa heç nə qa­za­na bil­məz, Pə­nah xa­na mən de­dim. İs­tə­mə­dim tək­rar gü­na­ha ba­ta­san. Al­lah ömür ver­sə, lap tez­lik­lə gö­rə­cək­sən ki, mə­nim söz­lə­rim hə­qi­qət­dir.

 Bu vaxt piş­xid­mət gir­di içə­ri:

- Qib­le­yi­-a­ləm, Pə­nah xa­nın nö­kər­lə­rin­dən bi­ri si­zi gör­mək is­tə­yir.

Na­dir şah:

- Bu­yur! Bu da el­çi! Qo­ca?! İş nə ye­rə ça­tıb ki, Pə­nah xan üs­tü­mə hə­lə bir el­çi də gön­də­rir. Özü də ki­mi, ki­mi, nö­kə­ri­ni! Nə la­zım­dır Pə­nah xa­nın nö­kə­ri­nə?

- Bil­mi­rəm, qib­le­yi­-a­ləm, de­yir ama­nat var, si­zə ça­ta­caq.

- Gəl­sin.

Nö­kər gir­di içə­ri, üzü­quy­lu dü­şüb şa­hın önün­də ye­ri öp­dü.

- Qib­le­yi­-a­ləm, mü­sə­di­qin olum , xan ova çıx­ma­mış­dan əv­vəl mə­ni ça­ğı­rıb bu ama­na­tı ver­di, tap­şır­dı ki, si­zə çat­dı­rım.

Şah nə qə­dər qə­zəb­li ol­sa da için­də qə­ri­bə bir ma­raq ya­ran­dı və çev­ri­lib Uy­ğur Əli­şə bax­dı.

Uy­ğur Əliş otur­du­ğu yer­dən qalx­dı, irə­li ye­ri­yib bü­kü­lü­nü aç­dı. Bü­kü­lü­dən qəb­zə­si qı­zıl və gü­müş­lə iş­lən­miş bir Də­məşq qı­lın­cı çıx­dı. Bu hə­min qı­lınc idi ki, Na­dir şah vax­ti­lə Pə­nah xa­na ba­ğış­la­mış­dı. Pə­nah xan da onu öpüb and iç­miş­di. Uy­ğur Əliş qı­lın­cı ver­di şa­ha.

- Mə­nim hə­diy­yə­mi ge­ri qay­ta­rıb?!

- Şah sağ ol­sun, mə­nim söz­lə­ri­min hə­qi­qət ol­du­ğu­nu göz­lə­mək la­zım gəl­mə­di. Bu­yu­run!

Na­dir şah qı­lın­cı al­dı:

- Heç nə ba­şa düş­mü­rəm.

- Şah, Pə­nah xan bu qı­lın­ca and iç­miş­di ki, nə qə­dər nə­fəs alır, Na­dir düş­mən­lə­ri­nə aman ver­mə­yə­cək. Xan öz an­dı­nı po­zub is­tə­mir, and iç­di­yi qı­lın­cı si­zə qar­şı çe­vir­sin. Qı­lın­cı gön­dər­mək­lə de­mək is­tə­yir ki, heç vaxt si­zə qar­şı qı­lınc çal­maz.

 

***

... Ton­qal ta­ma­mi­lə ölə­zi­miş­di, tək­cə bir­-i­ki köz işa­rır­dı.

Ət­raf­da qə­ri­bə bir sa­kit­lik var­dı. Yal­nız Da­şal­tı ça­yı­nın şı­rıl­tı­sı eşi­di­lir­di, bir də har­da­sa it hü­rür­dü.

Uy­ğur Əliş qalx­dı qalx­dı aya­ğa. Məm­məd bəy hə­lə ayıl­ma­mış­dı. Nə­ha­yət, ba­yaq­dan at oy­na­dan Pə­nah xan gö­zü­nün qa­ba­ğın­da­kı od­la bir­lik­də əri­yib yox ol­du. Məm­məd bəy Uy­ğur Əli­şin söh­bə­tin­dən ay­rıl­maq is­tə­mə­di­yin­dən ma­raq­la so­ruş­du:

 - Bəs son­ra?

 Uy­ğur Əliş gü­lüm­sə­yə­rək:

- Ton­qa­lı­mız sön­dü!

- Tə­zə­dən qa­la­yım?

- Yox, son­ra­ya qal­sın. Gec­dir, ge­dək evə.

Ge­cə Məm­məd bəy yu­xu­sun­da Pə­nah xa­nı gör­dü, Xə­zi­nə qa­ya­sı­nın üs­tün­də Kə­hər atın be­lin­də da­ya­nıb or­dan ovuc içi ki­mi gö­rü­nən Qa­ra­ba­ğı seyr edir­di. Ba­ba­sın­dan nə isə so­ruş­maq is­tə­di, am­ma at qa­nad açıb uç­du. Məm­məd bəy də is­tə­di atı­nı Pə­nah xa­nın ar­dın­ca uçur­sun, am­ma onun atı qa­nad aça bil­mə­di və dəh­şət­lə kiş­nə­yib sıl­dı­rım­dan aşa­ğı yu­var­lan­dı. Məm­məd bəy də atın kiş­nər­ti­si­nə yu­xu­dan ayıl­dı.

 

TƏQVİM / ARXİV