adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Dekabr 2019 09:13
18459
GÜNDƏM

Aqil ABBAS: «AĞAC ƏKMƏDƏ SABİRABAD NÜMUNƏSİ»

Ağcabədiyə gedirəm.Sabirabaddan keçəndə gördüm ki, bütünyol ətrafında ağac əkilir. Ağacəkməkampaniyasından da təbii ki, xəbərim var. Maşını saxlatdım. İnsanlarla görüşdümvə qəribə bir hadisənin şahidi oldum.

Bildiyiniz kimi, bu kampaniyadaadətən həmişəyaşıl ağaclar əkilir.Amma heç demə Sabirabadda belə deyilmiş, yol kənarında birincisıra həmişəyaşıl ağaclar əkirlər.Amma ikinci, üçüncü sırada meyvəağacları – ərik, zeytun və sair və ilaxır... Dedilər ki, məllim, buağaclar böyüyəcək, yol keçən kimsə və bu bölgədə yaşayanlar həmin meyvələrdən bəhrələnəcəklər, əkənlərin və əkdirənlərin dədəsinərəhmət oxuyacaqlar.

Mənə çox ləzzət elədi.

Yəqin ki hamı bilir,bir az Şamaxıdan, amma tam olaraq İsmayıllıdan düz Balakənədək yol kənarında əkilən ağaclar hamısı qoz ağaclarıdı, bəzi yerlərdə fındıq daəkilib. Bu qoz ağaclarındanda yerliəhali bəhrələnir, hətta çoxlarıqış azuqəsini bu ağaclardan çıxarır. Yəqin ki, bu bölgələrə gedən insanlar yol kənarında qoz və ya fındıq satan uşaqları görürlər. Bəzən mən özüm də, qoz-fındıq o qədərsevməsəm də, o uşaqların xətrinəmaşını saxlayıb onlardan nəsə alıram.

İndi iki-üç ildən sonraSabirabad camaatı da həmin meyvələrdən bəhrələnəcəklər və əkənin də, əkdirənin də dədəsinərəhmət oxuyacaqlar. Bunu digərrayonların başçılarına da məsləhət görərdim. Yəqin eşidəni də olacaq, eşitməyəni də.

Görək kimlər dədələrinərəhmət oxudacaq?