Antiterror şəhidlərinin ailə üzvlərinə təqaüd ödənişləri olub
"Sentyabrda antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların və minaya düşərək həlak olan Daxili İşlər Nazirliyinin əməkdaşlarının ailələrinə ödənişlərin təyinatlarının aparılması məqsədilə sənədlər Fondun əməkdaşları tərəfindən toplanılıb. Onlara təqaüd ödənişləri tam şəkildə həyata keçirilib".
Adalet.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. DSMF sədri bildirib ki, həmin şəxslərə dövlət icbari şəxsi sığorta ödənişləri 70-80 faiz təyin olunub:
"Bunun üçün bir sıra ailələrdə müvafiq sənəd hazırlanması prosedurları və vərəsəlik işlərinin müəyyən edilməsi vaxt alır. Vərəsəlik şəhadətnamələri təyin olunduqca həmin ödənişlərin də həyata keçirilməsi təmin olunacaq. Yaralananlara pensiya təyinatı məqsədləri üçün isə məlumat vərəqələri aidiyyəti üzrə qurumlara göndərilməlidir. Bir qism hərbi qulluqçular üzrə məlumatlar göndərilib. Digər qismi isə hazırlanmaqdadır. Onlar da təqdim olunduqca həmin ödənişlərin qısa müddətdə hazırlanması və təyinatı həyata keçiriləcək".
Digər Xəbərlər
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56


Bakı -°C

