adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2018 17:45
9195
GÜNDƏM

“ANS istəsə belə, avadanlıqlarını çıxara bilməz”

ANS Zoologiya İnstitutunun bəzi ərazilərini boşaldıb. 

Adalet.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib. 

ANS-in boşaltmadığı otaqların da qaldığını vurğulayan direktorun sözlərinə görə, həmin otaqlarda şirkətin əmlakı, avadanlıqları var: "Bu təxminən 1000 kv.metrə yaxın ərazini əhatə edir. Ayrıca bir sahə isə aidiyyəti dövlət orqanları tərəfindən möhürlənib. Bu, artıq ANS-in iradəsindən asılı deyil, ANS istəsə də, həmin avadanlıqları oradan çıxara bilməz. ANS-in məskunlaşdığı bina Azərbaycan Milli Elmlər Akademiyasına, Zoologiya İnstitutuna məxsusdur. Amma ANS Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlamışdı, bizim binada icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi. Sonradan isə Dövlət Komitəsi həmin müqaviləni ləğv etdi və əmlak Zoologiya İnstitutuna qaytarıldı. Bina qaytarılmalı idi, lakin bu çox çətinliklə baş verdi. Hazırda 80 faiz ərazi Zoologiya İnstitutuna aiddir. Biz özümüz də çətin vəziyyətlə üzləşmişik. Fiziologiya İnstitutunun binası qəzalı vəziyyətə düşdüyü üçün onlar da bizim binaya köçürlər. Ona görə də bizim yaşayış sahələrinə çox böyük ehtiyacımız var”.