adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Oktyabr 2019 15:37
22952
DÜNYA

«ANKARA QORXSAYDI ƏMƏLİYYATA BAŞLAMAZDI»

"Yaorahərbçigöndərib, qazanacağıq, yaTürkiyənisanksiyalarlasərt şəkildə vuracağıq, yadatürklərlə kürdlərarasındarazılaşma üçünvasitəçiolacağıq". Türkiyə mətbuatının verdiyiməlumatagörə, bunuABŞ prezidentiDonaldTrampdeyib.

TrampTürkiyənin Suriyada başladığı "Barış pınarı" əməliyyatı barədə çıxışedərkən 3 seçim olduğunu qeyd edib. Prezident "Twitter"dəkiaçıqlamasında İŞİD-in "xilafətini" tamamilə məhv etdiklərinideyib.

"SuriyadaTürkiyənin hədəfində olan bölgələrdə artıq hərbçilərimiz yoxdur. Biz işimizimükəmməl şəkildə görmüşük". ABŞ lideri türkləri kürdlərə hücum etməkdəittiham edib.

Xatırladaqki, bundan öncəki bəyanatlarında da Ağ Evin sahibi Türkiyənin iqtisadiyyatınıməhv etməklə hədələyərək Ankaraya "qaydalara uyğun oynamadıqda""güclü zərbə" vəd edib:"Daha öncə də dediyim kimi bir dahaqeyd edirəm ki, əgər Türkiyə qoyulan sərhədləri keçərsə mən onuniqtisadiyyatını tamamilə məhv edəcəm".

Trampıniqtisadi təhdidləri cavabsız qalmayıb. Prezident Ərdoğanın köməkçisi Fuad Oktay"Türkiyə təhdidlərlə hərəkət etmir"- deyə cavab verib.

Türkiyəninxarici işlər naziri Mövlud Çavuşoğlu da icazə verilən "sərhədikeçərsə" Türkiyə iqtisadiyyatını məhv edəcəyinə söz verən ABŞ PrezidentiDonald Trampın təhdidlərindən sonra da Ankara siyasətini dəyişdirməyəcəyinisöyləyib.

Çavuşoğludaha sonra bildirib ki, Ankara hər hansı bir bəyanatdan qorxsaydı, Suriyadaəməliyyata başlamazdı.

Onuda qeyd edək ki, Suriya dövlət agentliyi SANA Türkiyənin bu əməliyyatınıtəcavüz adlandıraraq, beynəlxalq ictimaiyyəti Ankaranın hərəkətlərini qınamağa çağırıb.

Mehriban Cəfərova