adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Oktyabr 2014 17:05
8177
ŞOU-BİZNES

Ani Lorak Bakıda həyatından danışacaq

Oktyabrın 25-dəBakıda konsert verəcək tanınmış ukraynalı müğənni Ani Lorak bu dəfə fərqliproqramla çıxış etməyi planlaşdırır. Adalet.az xəbər verir ki, konsertdəmüğənninin həyatından olan fraqmentlər də yer alacaq. Müğənni fraqmentlər əsasında həyatının müəyyən məqamlarını dilə gətirəcək. Artık Lorak belə birtəqdimatla bir neçə ölkədə çıxış edib.

Bundan başqa, həmişə parlaq geyimləri ilə göz oxşayan aktrisanın konsertində maraqlı dizayndan ibarət dekorasiya daqurulacaq.

Konsert Heydər Əliyevsarayında baş tutacaq.