adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Sentyabr 2018 15:58
10229
ƏDƏBİYYAT

Anasının sərt nizam-intizamı altında yetişən yazıçı Turgenev

Ah gənclik, gənclik! Heç vecinə almadangedirsən öz yolunla – dünyanın bütün xəzinələri səninmiş kimi, kədər belə səniümidləndirir, hüzn belə alınına çox gözəl yapışır. Özündən razı və həyasızsan,sadəcə mən canlıyam, baxın! – deyirsən. Öz günlərin sürətlə uçub heç bir izburaxmadan yox olur və içindəki hər şey Günəşin altında əriyib gedərkən beləqar kimi, şam kimi. Və bəlkə də sənin sehrinin bütün sirri istədiyin hər şeyiedə bilmək gücündə deyil, edə bilməyəcəyin heç bir şey olmadığını düşünməgücündə gizlənib. (İLK EŞQ)

On ikinciyüz illikdə "Russkaya Pravda” (ilk Rus qanunnaməsi) ölkədə köləlik sistemininquruluşunu elan edir. O tarixdən etibarənbir növ əsir statusunda yaşayan kölələrin torpaq sahiblərinə qulluğu düz yeddi əsirsürəcəkdi. On doqquzuncu yüz illiyə gələndə o zamankı Rus İmperatorluğununtorpaqlarında yaşayan qırx milyon kəndlinin yarısını təşkil edən kölələr,torpağın, mülkün bir parçası olaraq doğmaqda və dərəbəyliklər arasında alınıbstılmaqda idi.

Onyeddinci yüz illiyin əvvəllərində tacə əlinə keçirən Romanov xanədanı uzun müddətbu sistemin qoruyucusu oldu. Ən sonda Çar II Aleksandr 1861-də köləlik sisteminəson verəcək, əlli il sonra bu dəfə də nəvəsi II Nikolay Bolşevik inqilabı iləbirlikdə ayağa qalxan kəndlilər tərəfindən Yekaterinburq şəhərində, o bəxtsiz17 sentyabr 1917-ci ildə ailəsi ilə birlikdə güllə baran olunacaqdı.

"Heç bir şey çox gec gələn bir xoşbəxtlikdəndaha pis ola bilməz, daha çox incitməz adamı. Sənə verəcəyi bir dad qalmadığıkimi, səni ən dəyərli haqqından, öz taleyinə küfr etmək və lənət oxumaq zövqündəndə məhrum edər”.

1818-ciilin payızında Moskvanın cənubundakı Orlovskaya bölgəsinin Oleq kəndində biroğlan uşağı doğular. Adını İvan qoyarlar. Polkovnik olan atası Sergey NikolayeviçTurgenev, İvan 16 yaşında olarkən dünyasını dəyişər. Qardaşı Nikolay və İvançox sayda kölə çalışdıran bir ananın sərt nizam-intizamı altında yetişəcəkdi.Varlı bir ailənin uşağı olaraq evdə təhsil alan İvan çevrəsindəki yaşıdlarındanfərqli bir həyat sürdüyünün fərqindədir. Bu həyat tərzi, təzyiqlər, sahibolduqları torpaqlarda yaşayan kölələrin məkdiyi sıxıntılar bu gəncin irəlidəkiillərdə qələmə alacağı əsərlərə ilham mənbəyi olacaqdı.

Yüksəktəhsil üçün ilk öncə Moskvaya, oradan da Sankt Peterburqa gedən İvan Rus dili vəədəbiyyatı təhsilini öz ölkəsində tamamladıqdan sonra Almaniyaya gedər və1838-41 illərdə Berlin universitetində fəlsəfə üzrə təhsil alar. Bu müddətdə ənçox Hegelin fikirlərinə yaxınlıq hiss edən gənc adam daha sonra Peterburqaqayıdıb iki ilə kimi bir dövlət qurumunda çalışar.

"Əgər hər şeyin əminliklə hər şeyin hazırolduğu anı gözləsək, heç bir zaman heç bir şeyə başlaya bilmərik”.

İvanFransada tanış olduğu Qustav Flobertlə dostlaşacaq, birlikdə müzakirə etdiklərimövzuların, paylaşdıqları prinsiplərin aydınlatdığı yolda irəliləyən gənc yazardaha sonrakı illərdə gerçəklik axının qabaqcıllarından biri olacaqdı. Əsərlərindəo dövrün yaşantısına gerçək bir prizmadan baxıb detallı bir üslübda oxucularınaötürməsi səbəbilə Turgenev xüsusi bir yerə sahibdir. Yazar bu bacarığını bir azda öz sinfindən olmayan kölələrə, kəndlilərə və digər yoxsullarla qura bildiyiempatiyaya borcludur.

İvanilk olaraq "Lüzumsuz bir adamın gündəliyi” adını verdiyi bir novellası ilə,ölümündən bir neçə gün öncə fikrindən keçənləri qeyd dəftərinə yazan biryazarın hekayəsini danışaraq yaxın çevrəsinə özünü tanıtdırar. (1859) Şöhrətiniisə "Bir ovçunun qeydləri” ilə qazanar. İvan gənclik illərindəxüsusi təhsilindəngeri qaldığı zamanları ovçuluqla keçirib. Cangüdənli bir malikanəsindən çıxıb kəndlilərlə,kölələrlə, tacirlərlə tanış olması, onların dilini başa düşüb həyat tərzləriniyaxından müşahidə etməsi yazıçılıq həyatında ona bir xüsusilik bəxş eləmişdi.Turgenev nəticədə Rusiyadakı sistemin, dərəbəyliklərin, torpaq ağalarınınzülmünü, adil olmaya bu sistemin əzilmişləri olan kölələri, onların yoxsul vəbiçarə həyatlarını qələmə alan bir intellektual olaraq yada düşəcəkdi.


ardı var...