adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Sentyabr 2018 14:38
14741
ƏDƏBİYYAT

Anasının nizam-intizamı altında böyüyən Turgenev - ARDI

Berlində keçirdiyi illərdə qərb mədəniyyətlərininyüksəliş dövrünü qavrayan Turgenev eyni dövrün iki məşhur ismi olan Tolstoy vəDostoyevskidən bir çox mövzuda fərqli düşünürdü. Yazar dini simvol və təlimlərəönəm vermək əvəzinə sosial problemlərə, toplumdakı ədalətsizliklərə qarşı çıxanhekayələri üstün tutan, romanlarındakı obrazlara yeni, heç sınanmamış xarakterlərqatacaqdı.


"Nəticə etibarilə təbiət amansızdır, vəhşidir.Tələsməyə çalışmaz və gec-tez özünə aid olanı alar. Kor təbii və inadla özqanunlarına itaət edər, sənəti anlamaz, eynilə azadlığı bilmədiyi, eyniləyaxşılığı bilmədiyi kimi”.


TurgenevTolstoyla ilk olaraq 1855-ci ildə Peterburqda tanış olur. Qərb dünyasını dahayaxşı tanıyan Turgenev Tolstoy və bir ortaq dostları ilə yenidın Parisə gedər.Həyata fərqli bir yöndən baxan, sərt mübarizələrdən , gecə həyatından xoşu gələnTolstoy Turgenevin bəlli bir çərçivəli həyat tərzindən heç də xoşu gəlməz, həttaona cansıxıcı gələr. İki böyük yazar arasındakı enişli-yoxuşlu münasibətTolstoyun Turgenevi duelə dəvət etməsilə hər nə qədər sonra Tolstoy bu tələbindənimtina edib əfv diləsə də, 1861-ci ildə sona çatacaqdı.


"Zaman bəzən quş kimi uçar, bəzən də tısbağakimi gəzər, bunun qarşılığında insan vaxtının necə keçdiyini bilmirsə, hə, baxo zaman xoşbəxtdir demək”.


Özünüqərblə şərq arasında qalmış hiss edən Çar dövrünün Rus intellektuallarınıaraşdırdığı "Əsilzadə yuvası” adlı romanı 1859-da yayımlanır. O ərəfədə anasıda ölür və qalan torpaqlar kölələr arasında bölüşdürülərkən Turgenevə də bütünhəyatını rahatca sürə biləcəyi miras qalır. Beləcə dünyəvi problemlərdən canıqurtaran yazar "Atalar və oğullar” əsəri üstündə işləməyə başlayır. 1862-dəoxucularına qovuşan bu vacib əsər eyni zamanda nihilizmin ədəbiyyata yansıyanilk örnəklərindən biri olacaqdı.


Romanınəsas obrazı Barazov nə keçmişin dəyərlərinə, nə soylulara, nə köklülərə, nəsevgiyə, nə yaşlılara hörmət edər. İnandıqalrını hər mühitdə açıq-aşkar dilə gətirməkdənçəkinməyən bu qorxusuz gənc günlərini elmi təcrübələrlə keçirir. Hər nə qədəryaxınındakılara güclü bir kişi olduğunu göstərsə də , inancsızlığının girdabında qıvrınan bu gənc adam öz həyatındaxoşbəxtliyi heç cür tapa bilməz. Ən nəhayət, çarəni evinə qayıdıb bir kənd həkimiolan atasına kömək etməkdə tapar. Bu dəfə də ölən xəstələrdən birindən virusayoluxar və gənc yaşında ölər.


"İnsan dünya üzərində var olan hər şeyhaqqında odlu-alovlu, coşqu ilə danışa bilər, amma sadəcə özü haqqında hirslə,acgözlüklə danışar”.


Gəncliyindəkəndli qızlara hiss etdiyi diqqəti və bu münasibətlərdən doğulan qızınısaymasaq, Turgenev heç evlənməyib. Uzun boyunun, cazibədar cüssəsinin arxasındasəssiz, içinə qapanmış, çəkinən, həssas bir təbiət durur.


Yaşadığı dövrdə umduğu , layiq olduğu diqqətigörə bilməyib dünyadan küskün ayrılmaq, ancaq illər sonra sayğı və heyranlıqlaanılmaq necə güclü sənətçi kimi İvan Sergeyeviç Turgenevin də taleyiolacaqmış.