Anar orden ilə təltif edildi
Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin sərəncamı ilə AYB sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.
Adalet.az xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, TÜRKSOY YB-nin vitse-prezidenti, şair Səlim Babullaoğlu məlumat verib.
“Martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birliyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər”.
Həmçinin tədbir öncəsi Anarın kitablarının sərgisi keçirilib, yazıçının ədəbi fəaliyyəti ilə bağlı çıxışlar olub, xalq yazıçısının 85 illik yubileyi qeyd olunub.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

