adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2018 12:11
67852
MÜSAHİBƏ

Anam şeir yazdığıma görə məni döydü... – MÜSAHİBƏ

Ədəbiyyatdaistedadlı imzalar çoxdur. Bunlardan biri də Tural Turandır. Əslən Şəmkirli olanTuralın şeirə, ədəbiyyata sevgisi hələ uşaqlıdan üzə çıxmışdır. Elə ilk şeirinidə birinci sinifdə yazmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifidir.

"Turan təxəllüsü böyük qardaşımın adıilə bağlıdır. Bir neçə aylıq olanda rəhmətə gedib. Mən doğulanda yenidən mənəTuran adı vermək istəyiblər. Yaşlı adamlar düşər-düşməzi olar deyib Turalqoyublar. İkinci kursda özümə Turan təxəllüsü götürdüm. Nakam qardaşımın adınıözümlə birgə yaşatmaq üçün.”

Adalet.az gənc şair Tural Turanla müsahibəni təqdfimedir:


- Tural bəy,özünüz haqda danışardız...

- Oğuz qağa, əslən Qazağın Dəmirçilər kəndindənolsam da, Şəmkirin Alabaşlı kəndində doğulmuşam. 28 yaşım var. QafqazUniversitetinin filologiya fakültəsini bitirmişəm. Bakalavr təhsilim var. Magistrtəhsilimi xaricdə davam etdirmək istəyirdim. İmtahan verdim, ilk mərhələdəKonya Səlcuq Universitetinin Türk şiveleri bölümünü 83 balla qazandım. İkincitur üçün hazırlaşırdım ki, atamın xahişi ilə kəndə gedəsi oldum. Magistrarzularımın qarşısını atam kəsdi. Daha doğrusu, yarımçıq qaldı... Gələcəkdə buarzumu reallaşdırmağa çalışacağam.


-Atanız nəetdi ki, təhsil almağınıza imkan vermədi?

- Təhsiliminyarım qalmasının səbəbini deyim; o vaxt atamın 200-250 baş qoyun-quzusu vardı.Ümumiyyətlə, biz tərəkəməyik. Necə oldusa, atamın çobanı qoyun-quzunuotarmaqdan imtina etdi. Kişi də tək qalmışdı. Bu qədər heyvana nəzarət etməkonluq deyildi. Yaşlı və tək adamın öhdəsindən gələsi iş deyildi. Çarəsiz qalıbməni çağırdı ki, gəl kömək elə. Dedim ki, a kişi, magistra hazırlaşıram. Türkiyəyə,müsahibə mərhələsinə getməliyəm. Söylədi ki, sonra gedərsən. Qaçhaqaç ha döyül.Bu il olmasın, gələn il olsun. İndi burada mənə lazımsan, gəl kömək elə dedi.Atadır də, sözündən çıxmaq olmur. Bir az zəhmi ağır kişidir. Həm də inciyərdi,həmin vaxt ona kömək etmək oğul borcum idi. Uzun sözün qısası, getdim kəndə. Mənqoyun-quzu hərləyirdim, dədəm də örüş yerlərimizi suvarırıdı. Yaz vaxtı idi.Havalar isindikcə davar üçün ot-alaf çarəsinə baxılmalı idi. Nə başını ağrıdımqağa, universitetdə viza imtahanlarını, Türkiyədə master ikinci tur mərhələsiniatıb on gün dədəmə çobanlıq elədim. Hazırda media sahəsindəyəm. Filologiyanındalınca getmədim. 2009-cu ildən jurnalistikadayam. Mediada fəaliyyətim İctimaiTeleviziyadan başladı. Hazırda "Həftə içi” qəzetində çalışıram. Köhnə kişilərdemiş, dörd kitabın müəllifiyəm. İlk kitabım 2010-cu ildə, 21 yaşım olandaçapdan çıxıb. Çap olunanların hamısı şeir kitabıdır. Üçü Azərbaycan dilində,biri özbək türkcəsində işıq üzü görüb.


-Uşaqlığınızasəyahət etsək, sizi harda tapa bilərik?

-Mənim uşaqlığım əsasən irəmələrdə, örüşlərdəkeçib. Atamla, əmilərimlə, öz tay-tuşlarımla qoyun-quzu otarmışam. Dördyaşından əlimdə çomaq, çiynimdə heybə tərəkəmələr demiş, düzdə-bozda olmuşam. Kəndimizinayağında Qarabaldır irəməsi və Daşlı dərə deyilən yer var idi. Uşaqlığma geriboylansaq, məni əsasən orada tapmaqolar. Adətən ağsaqqallarla heyvan otarmağı daha çox sevirdim. Çünki dənçikləri,sinələri dolu adamlar idi. Onlar sinələrini boşaltdıqca, mənyığıb-yığışdırırdım. Yaşıl bir dəftərçəm var idi. İndi də qalır. O dəftərçədə300-dən çox söz var. Unudulmuş, arxaik sözlərdir. Yaşlıların ağzından çıxdıqcadizimi yerə qoyub dəftərçəmə yazırdım. Könüllərinin xoş vaxtında həmin bilmədiyimsözlərin mənalarını soruşub dəftərimə qeyd edirdim. Sonra da əzbərləyirdim.


-Aha

-Hətta o sözlərdən ibarət cümlələr qururdum ki,unutmayım. İş elə gətirdi ki, diplom işimi də bu sahə üzrə seçdim. Diplom işimi"Şəmkirin Alabaşlı kəndindəki köhnəlmiş sözlərin leksik və semantik xüsusiyyətləri”mövzusu üzrə müdafiə etdim. Dörd dənə "100” aldım. Bu da maksimum bal deməkdir.Həmin diplom işini diplom rəhbərim, dekanım çox bəyəndi. Professor AkifHüseynli dedi ki, mütləq bu diplom işi çap edilməlidir. Çap üçünhazırlandığından da xəbərim vardı. Sonra əsgərliyə getdim, nəşr edilib-edilmədiyindənxəbərim olmadı. Uşaqlığımda bir müddət fortopiano dərsləri aldım. Sonra cüdoidman növü ilə məşğul oldum. Hamısı da yarımçıq qaldı. Heç birində özümütapmadım. Fağır adamam, kiməsə ilişən deyiləm amma hərdən ikisinə də ehtiyacduyuram (gülür).


- Turanimzanız millətçiliklə əlaqəlidir?

-Bu sual mənə bir neçə dəfə verilib. Milliyətçilikbaxışlarım milli dəyərlərin mühafizəkarlığı və mental dəyərlərin qorunubyaşadılması, Boz qurd inancı ilə hüdudlaşır. Yəni, faşist deyiləm. Radikallığısevmirəm. Ümumiyyətlə, valideynlə, milli kimliyi özün seçmirsən. Ona görə də bucür yanaşma absurddur. O ki, qaldı Turantəxəllüsünə, bu məndən böyük qardaşımın adı ilə bağlıdır. Bir neçə aylıq olandarəhmətə gedib. Mən doğulanda yenidən mənə Turan adı vermək istəyiblər. Yaşlıadamlar düşər-düşməzi olar deyib Tural qoyublar. İkinci kursda özümə Turan təxəllüsügötürdüm. Nakam qardaşımın adını özümlə birgə yaşatmaq üçün. Əvvəllər isə qəzetvə dərgilərdə Tural Mustafayev imzası ilə çap olunurdum.


- İlk kitabınız haqda düşüncələriniz, təəssüratınız necədi?

-Birinci kitabım 8 il əvvəlçap edilib. 2015-ci ildə "Bələksiz qığılcım” adlı ikinci şeirlər kitabım işıqüzü gördü. 2017-ci ildə "Tanrı qağaya ismarış” kitabım işıq üzü gördü. Bir neçəhəftə əvvəl isə müxtəlif illərdə yazdığım şeirlər "Qaranlığın aydınlıq adı”altında özbək türkcəsində işıq üzü gördü.Oxucularım birinci kitabdan başqa digərlərinin adının çox qəribə olduğunu deyirlər. Məncə də elədir.Amma səbəbini də deyim, həmin kitabların adları tərəkəmə ruhundan irəli gəlir."Bələksiz qığılcım” adı bir əhvalatdan gəlir. Yorucu deyilsə, danışım...

-Buyurun

-Deməli, 8-9 yaşım olardı. Kəndimizdə köhnə kişilərdənolan Cümşüd kişi ilə quzu novatınagetmişdim. Yaz vədələri idi. Qəfil yağış yağmağa başladı. Quzular, çəpişlər təpələrdəki dikanlığa,qanqallığa səpələnmişdilər. Cümşüd qağam dedi ki, al bu kibriti ocaq qala. Məndə quzunun dalını-qabağını yığıb gəlirəm. O vaxtkı kişilər ehtiyatlı idilər.Ciblərində islanmasın deyə kibriti sellofana bükürdülər. Sellofan bükməcəniaçdım. Kibriti çıxardım. Ha yandırmağa çalışdım, alınmadı. Xeyli kükürd giləsiniheyf elədim. Birdən rəhmətlik Cümşüd qağa gəldi. –Ayə, nağayrırsan? - dedi. Odubələməsən yanarmı heç. İndiyə kimi harada bələnməmiş qığılcımın yandığını görübsən?! Sonra dakibriti iki ovucunun arasına aldı. Qutusuna çəkdi və kətyən koluna od vurdu. Busöz o vaxtdan yaddaşımın bir küncündə ilişib qaldı. Əbədiləşdirmək üçünkitabıma bu adı verdim.


-Bəs "Tanrıqağaya ismarış” haradan gəlir?

-Elə o da oradan – tərəkəmə uşaqlığımın yaddaşındangəlir. Bizdə Tanrıya- yaradana qağa, baba deyə müraciətlər var. Çox yerdə işlədilmir.Tanrını öymək mənasında, onun sirdaş, dost olduğunu ansıtmaq anlamında bu ifadəninyanında "qağa” sözü də istifadə edirik. Biz tərəfdə nə o vaxt, nə də indi deməkolar ki, namaz qılan yoxdur. Uşaq idim. Qoyun qırxını vaxtı uzaq kəndlərinbirindən bir qırxınçı gəlmişdi. Əlində toğlunu qayçıladıqdan sonra dedi ki, mənnamaz qılıb gələcəyəm. Ayağımızın altına saldığımız quzu dərisini götürüb bir kənaraçəkildi. Çömbəlib qalxmağa başladı. Hamımız marıtlayıb baxmağa başladıq ki, bu ərəseylinə edir görəsən? Yad adama bizim obalarda ərəseyli – kənardan gəlmə deyərlər. Bir gəllədar koxamız – baş çobanımız var idi.Dedi ki, lələ, tanrı qağaya nə ismarışı göndərdin? – Həmin qırxınçı da gülümsədi,heç nə demədi. Onda bildim ki, Allaha dua eləməyin biz tərəfdəki adı "Tanrıqağaya ismarış” imiş. Həmin dəftərçəmə bu ifadəni də yazmışdım. Üstündən 18-20il keçəndən sonra kitabıma bu adı verdim. Kitabımın təəssüratlarına gəlincə, ənçox satılan birinci və üçüncü kitablarım olub. "Mənə bir az o dünyadan danışın”adlı kitabımın təqdimatı Qafqaz Universitetində olmuşdu. Təkcə təqdimat günü319 kitab satılmışdı. Rektor özü beş kitab almışdı. "Bələksiz qığılcım” o qədərdə populyarlaşmadı. "Tanrı qağaya ismarış” isə mənə ən çox oxucu qazandırankitab oldu. Azərbaycanda ilk dəfə məhz bu kitaba "book face”lər çəkildi.Kitabın dörd siması var, "Tanrı qağaya ismarışın”. 1000 nüsxə çap edildi.Oxucular kitab istəyirdi deyə, məcbur ikinci basqı da oldu. Üçüncü kitabınreklamı da yaxşı getdi. Çevrəmdəki insanların da dəstəyini gördüm. Həminkitabın üz qabığındakı foto da orijinaldır. Məhz bu kitab üçün çəkilib.


- Şeir yazmaqdövrünüz nə vaxtdan başladı? Nə vaxt şeirə ehtiyac duydunuz, hiss elədiniz ki,şeir yaza bilərsiz ?

-İlk şeirimi birinci sinifdə yazmışam. Riyaziyyat dərsiidi, bir bəndlik şeir yazdım. Ani oldu, sözlə indi ifadə edə bilməyəcəm. Çünkitam olaraq yadımda deyil. Həmin şeir indi yadımda deyil. Evə gəldim, anam baxdıki, misalların arasında bir bənd şeir var. Milçəköldürənlə birini başımailişdirdi. Sonra atama dedim ki, anam məni şeir yazdığıma görə vurdu (gülür).Atam da anama – heybəsinə bir "qaralama” dəftər qoy, bir də uşağı vurma – dedi.İlk şeirim yeddinci sinifdə oxuyanda çap edildi. Onda anama dedim ki, milçəköldürənlə bax bura vurdun(başını göstərir), düz oradan öp bağışlayım səni (gülür). Yeddi il sonra həmin"ilk şeir ağrısının” ağrısını özümə unutdurdum.


-Şeirlərinizdəfəlsəfə daha çoxdu. Sizcə müasir şeirin düsturu fəlsəfədən asılıdır?

-Deməzdim ki, şeirlərim fəlsəfidir. Mənim düşüncəmodur. Xalqın unutduğu ruh halında, keçmiş ruhani dünyasında yazıram. Sonzamanlar dadaist şeirlər də yazıram. Mifik kodeksdən Artur Bravan stilinə keçməkdə qeyri-ixtiyari oldu. Süli Pridomu oxuyandan sonra baxdım ki, bu janrdayazmağa başlamışam.


- Şəmkirlisiniz.Şəmkirdə ədəbi mühit, abu-hava necədi?

-Şəmkirdə bir-iki yazan şair tanıyıram. Şamxal Rüstəm,Məzahir Hüseynzadə, əslən Kəlbəcərdən olan Elməddin Nicat və sair. Əsas ağırlıqbu adamların üzərindədir. Ara-sıra tədbirlər keçirirlər. Şəmkirdə yaxşı şəraitvar. Amma fəal mühit yoxdur. Buna baxmayaraq, mənə görə, Bakıdakı bədəvi mühitdənsə,Şəmkirdəki, Qazaxdakı ədəbi mühit daha sağlam müstəvidə inkişaf edir. Özümü Şəmkirdəndaha çox Qazax ədəbi mühitinə yaxın hesab edirəm.


-"XalqınŞairi” müsabiqəsində sizi də gördük. Finala çıxa bilmədiz. Ümumiyyətlə müsabiqəyəmünasibətiniz necədir?

-Müsabiqədir, getdim, gördüm, gəldim. Yarımfinaldamənə görə ən yaxşı şeirimi dedim. Amma kəsdilər. Nizaməddin Şəmsizadə kimitrafaret baxışlı münsiflər olan yerdə mənə yer yox idi. Həmin müsabiqədə mənimruhumu təkcə Qulu Ağsəslə Rüstəm Behrudi duymuşdu. Onlardan da qiymətimialmışdım. Yarımfinaldakı son qalmaqal münsiflərin hansı səviyyədə olduqlarınıgöstərdi. Məti Osmanoğlu BDU-nun tələbələrininşeirlərini şedevr kimi "Ulduz"a göndərir. Sizi inandırım ki, heç7-8-ci sinif şagirdləri o cür zəif şeirlər yazmırlar. Əksəriyyəti sözyığınıdır. Necə olur ki, onlar şeir olur, fəlsəfi məzmunda yazılmış, bədiidolğunluğu ilə seçilən, orijinal ifadələr olar müsabiqə iştirakçılarının şeirlərinəzəifdir deyir, "qayçılayır". Mən bunu anlamıram. Bütün bunlarabaxmayaraq, bu bir yarışmadır. ARB telekanalına təşəkkür edirəm ki, paytaxtda vəregionlarda yaşayan gənclərə bu cür imkan yaratdılar. Əsasən də layihənin əsassimalarından olan Mintac xanım Elsəvərə...


- Mütaliəyəvaxtınız qalırmı, dünya ədəbiyyatını daha çox oxuyursuz?

-Bəli, hər gün on səhifə oxuyuram. Bu artıq adihala çevrilib. Hazırda Corc Oryolun "Birma günləri”ni, eyni zamanda Tolstoyun"Etiraf”ını oxuyuram. Təzə başlamışam. İki, hətta üç kitabı eyni müddət ərzindəoxumaq kimi xüsusiyyətim var. Universitet vaxtı zaman qıtlığı səbəbindən eynianda bir neçə əsəri oxumağa başlayırdım. Bu tədricən ənənəyə çevrildi. Daha çoxdünya ədəbiyyatını oxuyuram. Türkiyə ədəbiyyatından da Murat Menteşi, OnurÜnlünü, Emrah Serbesi, klassiklərdən Nazim Hikməti, İsmet Özeli oxuyuram.


- Gənc şairlərdaha çox feysbukda tanınırlar. Və bu da nisbətən yaşlı nəslə xoş gəlmir ki,ciddi ədəbiyyat ola bilməz feysbukda. Siz necə düşünürsüz?

-Mən mühafizəkaram amma zəruri yeniliklərdən geriqalmağı da axmaqlıq hesab edirəm. Fərqi nədir, sosial şəbəkə də kütlə və yaictimai bir yerdir. Canlı yaxud virtual olmasının nə mənası var. Feyskubda ədəbiyyatyaranmır, sadəcə təqdim edilir.


- Son vaxtlargənc yazarlar, şairlər gündəmi dəyişirlər. Siz də nə vaxtsa gündəmi dəyişməyidüşünürsüz?

-Mən gündəmlik şair deyiləm, qağa. Şeirlərimin çəkisiqədər ağırlığım var. Eyni zamanda, hədəflərim daha genişdir. Burada deyirəm,bir kənara yazın, mən "Nobel”i bu ölkəyə gətirəcəyəm. Bu eqo deyil, iddiadır.Sadəcə zamana ehtiyac var. Bu söhbətləşməmizi çayxanada, kafedə oxuyub bucavabıma gülənlərə isə sadəcə olaraq salam göndərirəm.


- AzərbaycanYazıçılar Birliyinin üzvüsünüz. Bu sizə nə qazandırdı?

-Bəli üzvüyəm. Hələ ki, heç nə qazandırmayıb.Ümumiyyətlə, AYB-nin son dövrlərdəki fəaliyyətindən narazıyam. Fuad Cəfərli,Emil Rasimoğlu, Çinarə Ömray kimi istedadlar kənarda qalır, istedadsızlara təqaüdverilir. Hələ özümü demirəm, çünki az-çox qonorar alıb dolana bilirəm. Heç2017-ci ildə AYB hansı gənc yazarlara prezident təqaüdü verdi, bilmədik. Çünkisiyahını açıqlamadılar. Bilmirəm, bəlkə də utandıqlarından açıqlamadılar həminsiyahını. Emil Rasimoğlu, Fuad Cəfərli, Sərvər Kamranlı kimi istedadlarımız bugün kitab çap etdirə bilmirlər. Kitab bir yana, işsizdirlər, dolana bilmirlər.Ayda 198 manat da az deyil. Bizdən yaşca çox kiçiklər aldı o təqaüdü. Bizə gələndəAYB-nin kisəsinə güvə düşdü?!


- Hazırda nəyazırsız, son yazdığınız şeir hansıdır?

-Adətən iyirmi günə, bir aya bir şeir yazıram. Sonyazdığım şeir elə "Xalqın şairi”ndə dediyim "Qadın diktorun səsi”dir. Artıq həminşeiri hamı eşidib. Ondan sonra iki yarımçıq şeirim var. Hələ tamamlanmayıb deyə,burada söyləmək istəmirəm. Şeirə dolaşıq mexanizmli saat kimi baxıram. Tez-tezsöküb yığıram. Ona görə də bir şeirimə başqa-başqa variantlarda rast gələ bilərsiniz.Yazdığım şeirlərin üzərinə yenidən qayıtmağı sevirəm.


- Bu günlərdəözbək dilində şeirlər kitabınız çapdan çıxdı. Bu kitabın ərsəyə gəlməsindəndanışarsınız...

- 2018-ci ili özüm üçün beynəlxalq aləmə çıxış ilielan etmişəm. Siftəni özbək türkcəsindən başladıq. Sağ olsun, Şahista Ortiqova-Kamralı tərcümə məsələsini öz üzərinə götürdü. Özbəkistan YozuvçularUyuşmasının üzvü Akif Azalp bəy ön söz yazdı. Görkəmli alim Yaşar Qasımınredaktorluğu ilə kitabı Bakıda, "ÇapArt” nəşriyyatında nəşr etdirdik. Kitabınsiqnal nüsxəsini görən mütəxəssislər Şahista xanımın tərcüməsini çox yüksəkqiymətləndirdilər. Ümumiyyətlə Şahista Kamranlı çox istedadlı tərcüməçidir.Bunu bütün səmimiyyətimlə deyirəm. Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinə töhvəvermək baxımından bu cür addımları atmaq hər bir gənc yazarın imkan daxilindəborcudur. Bütün xərcləri öz üzərimə götürdüm. Üç yüz nüsxə çap etdirdim.Kitabın Bakıda və Daşkənddə təqdimat mərasimini keçirməyə hazırlaşırıq. Bu ilrus dilində və Türkiyə türkcəsində də şeir kitablarımın təqdimatınıplanlayıram. Təki sağlıq olsun.


- Bugünkü ədəbigənclikdən danışaq. Hansı gənclərin şeirini xüsusi qiymətləndirərdin?

- Fuad Cəfərli, Emil Rasimoğlu, Taleh Mansur,Ulucay Akif, Oğuz Ayvaz, İntiqam Yaşar, Ümid Nəccari, Sərvər Kamranlı, Furqanınyaradıcılığını yüksək qiymətləndirirəm. Adlarını çəkdiyim bu adamların şeirlərindəyeni tapıntılar var. Ən maraqlısı odur ki, bu adamların şeirlərinin öz nəfəsivar. Amma eyni zamanda nöqsanları da çoxdur. Emil Rasimoğlu dar komponentli bəşəritəsvir şairidir. Dediyim kimi, bütün yaradıcılığı Tanrı, güzgü, ovuc, barmaqkimi komponentlərin üzərində qurulub. "Əli qumbaralı şəkillər” şeirinin müəllifiFuad Cəfərlidə isə mənfi cəhət monotonluqdur. Altı-yeddi şeirini oxuyan kimiyorulursan. Amma ilk misradan bilirsən ki, bunu Fuad yazıb. Fuad Cəfərli imzasıUlucay Akif axtarışdadır. Hələ ki, öz cığırında aşağı-yuxarı fırlanır.İstedadlıdır, hardasa 24-25 yaşında öz cığırını tapacaq. Taleh Mansurda isə bədiilövhə zənginliyi çox olsa da, həmin çoxluğu orijinal tapıntılar yetərincə bəzəyəbilmir. Talehdə bəzi hallarda uzunçuluq da nəzərə çarpır. Amma milli və bəşəriruhu özündə çuğlaşdıran şairdir, Taleh Mansur. Ümid Nəccarinin və İntiqamYaşarın istedadını da xüsusi qiymətləndirərdim. Oğuz, bu müsahibənin altındaimzan olacaq deyə, sənin haqqında heç nə demək istəmirəm. Başqa bir müsahibədəsənin haqqında da fikrimi deyərəm. Belə yaxşı çıxmaz – deyə düşünürəm.