adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2020 15:43
53964
GÜNDƏM

Anadan igid doğulan Vətən oğulları: Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun doğum günüdür

Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərinömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu gün belə bir örnəkoğulun.-AzərbaycanınMilli Qəhrəmanı Yelmar Edilovun doğum günüdür.

Yurdunun hər qarışını canından artıq sevən Y.Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gözaçıb. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil alıb, sonraAğdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. O, 1964-cü ildə Minsk şəhərindəhərbi xidmətə başlayır. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu. Başvermiş bir hadisə onu ordudan geri dönməyə məcbur etdi. Qarnizon birinciliyiuğrunda sambo yarışları zamanı boyun sümüyü zədələnmişdi. O, hərbi xidmətdənikinci qrup əlil kimi tərxis olundu və texnikumda yarımçıq qalmış təhsilinidavam etdirməyə başladı. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adınaüzümçülük kolxozunda işə düzəldi.

1988-ci il... Ermənilərin Azərbaycana ərazi iddiaları başlayan vaxtdan YelmarEdilov namuslu bir Vətən övladı kimi dincliyini də, yuxusunu da itirmişdi. O, könüllümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Yalnız 1990-cı il hadisələrindənsonra bu yöndə müəyyən işlər görülməyə başladı. 1991-ci ilin əvvəllərindənbaşlayaraq Ağdamın bir çox kəndləri - Sırxavənd, Qazançı, Kiçan və Fərrux ermənihərbçiləri tərəfindən gecə-gündüz atəşə tutulurdu. Ümid yerli özünümüdafiə dəstələrinəqalmışdı. Belə bir vaxtda Kolanı kəndində Y.Edilovun başçılığı ilə belə bir dəstəyaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdəəsl rəşadət göstərirdi.

11 aprel 1994-cü il... Cəsur komandirin son döyüşü... Düşmən böyük qüvvə ilə "Çərik”kökəltmə məntəqəsinə tərəf hücuma keçir. Y. Edilovun komandirlik etdiyi taborölüm-dirim savaşına girir. Sol cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2tankını vurmağa müvəffəq olur. Böyük itkilər verən düşmən geri çəkilməyə məcburolur. Lakin hələ həlledici zərbə endirilməmiş, hələ döyüş bitməmişdi. GözlənilmədənYelmarın yanında bir mərmi partladı. Beləcə onun ömrü də, arzuları da qırıldı.Cəsur komandir 48 yaşında gözlərini əbədi yumdu.
Evli idi. 7 övlad atası idi - beş oğul, iki qız.

Azərbaycan Respublikası prezidentinin 16sentyabr 1994-cü il tarixli 203 saylı fər manı ilə Edilov Yelmar Şahmar oğlunaölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdirBakı şəhərindəkiikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

Qeyd edək ki, Yelmar Edilov döyüşlərdə dörd oğlu,qardaşları və Edilov soyadını daşıyan 13 əmisi oğlanları ilə birlikdə vuruşub.O qəhrəmancasına həlak olduqdan sonra Edilovun ömür-gün yoldaşı Reyhan xanımbatalyonun başına keçir. Reyhan xanımın şəxsi şücaəti nəticəsində erməni yaraqlılarıAğdam rayonunun Əhmədağalı və Çıraqlı kəndlərindən çıxarılır. Özü də Yelmarınüsulu ilə - ağır itkilər verdirərək.

Reyhan xanım mətbuata açıqlamasının birindəMilli Qəhrəmanımızı son gününü belə xatırlamışdı: "Bir aşbaz qadın var idi,gəlib məndən soruşdu ki, Yelmardan xəbər var? Dedim, yaxşıdır. O gedəndən sonranəsə şübhələndim. Gizir Cavanşirə zəng elədim, dedi, erməniləri qırmışıq, Kökəltməbizdədir. Yelmar həmişə deyirdi, mən öləndən sonra adımdan istifadə edən şərəfsizdir.Bir maşın gəldi, məndən soruşdu ki, Yelmar evdədir? Cavab verdim ki, döyüşdə. Obildirdi ki,Yelmar yaralanıb. Ağlım çıxdı başımdan. Kökəltməyə çatanda bir əsgərdedi ki, Reyhan xala, Yelmar əmini ermənilər qrantomyotla vurublar, tikələri səpələnibətrafa. Qorxudan heç kim ora gedə bilmir. Batalyonda hamı ağlayırdı. Soruşdum,kim məni aparar Yelmarın vurulduğu yerə? Əlağalı kəndindən Zahid var idi, onunoğlu məni apardı ora, oğlanın adı yadımdan çıxıb. Getdim Yelmarın vurulduğu yerə...(Qəhərlənir) Yelmarın 75 tikəsini ədyalın arasına yığdım. Yelmarın tikələrini gətirdikXındırıstana. Yuyulası deyildi... Tabut düzəltdirib tikələri yığdıq içinə. Birgün saxladıq Xındırıstanda. Əvvəl dedilər, Xındırıstanda torpağa tapşırılsın.Ancaq həmin gün Heydər Əliyev Firuz Mustafayevi göndərdi ki, Yelmar Edilov Fəxrixiyabanda dəfn ediləcək. Elə o gün Yelmar Edilova Milli Qəhrəman adı verildi.Aprelin 10-u Yelmarın ad günü idi, 11-də şəhid oldu”.

Vətən üçün canından keçmiş bütün igidoğullarımıza- şəhidlərimizə Allahdan rəhmət diləyirik.

ƏntiqəRəşid