Ana Vətən Partiyası siyasi səhnədən gedə bilər
Ana Vətən Partiyasında (AVP) keçirilən qalmaqallı qurultaydan sonra partiya daxilində gərginlik daha da artıb.
Adalet.az Modern.az-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki, baş verən son hadisələr partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalının belə partiyadan kənarlaşdırılması ilə nəticələnə bilər.
Bir müddət əvvəl AVP-nin qurultayında ciddi insident yaşanıb. Tədbir zamanı dava düşüb, tərəflər arasında qarşıdurma yaranıb. Partiya sədri Fəzail Ağamalı qurultayda qızı Günay Ağamalının sədr seçilməsini dəstəklədiyini bildirib və istefa verdiyini açıqlayıb. Lakin qurultay iştirakçılarının böyük qismi onun oğlu Elçin Ağamalını dəstəkləyib.
Gərginliyin artamsı fonunda Fəzail Ağamalı qurultayı yarımçıq dayandırıb. Ardınca Günay Ağamalı atasının faktiki olaraq istefa vermədiyini bəyan edib. Hadisələrin görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Daha sonra Fəzail Ağamalının oğlu Elçin Ağamalı proseslə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini açıqlayıb.
Məlumata görə, Ana Vətən Partiyasının İdarə Heyəti məsələ ilə bağlı sərt mövqe ortaya qoyub. Belə ki, Heyət üzvləri Elçin Ağamalı qarşısında şərt qoyub.
O zaman sədrliyinə icazə veriləcək ki, partiyanın nizamnaməsini pozan Fəzail Ağamalı və Günay Ağamalı partiyadan kənarlaşdırılacaq. Daha bir şərt isə Elçin Ağamalının soyadının dəyişdiməsi ilə bağlıdır.
Mənbələrin sözlərinə görə, Elçin Ağamalı bu şərtlərlə razılaşıb və AVP-də gedən proseslər partiyanın fəaliyyətini faktiki olaraq iflic edib. Yaşanan son hadisələr Azərbaycanda bir partiyanın siyasi səhnədən, bir deputatın isə üzvü olduğu partiyadan uzaqlaşmasını qaçılmaz edib.
Digər Xəbərlər
25 Oktyabr 2026 15:08
”Beynəlxalq idman tədbirləri mövcud potensialın nümayiş etdirilməsinə şərait yaradır”
25 Oktyabr 2026 13:04
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - VİDEO
25 Oktyabr 2026 12:58
Bütün dondurulmuş münaqişələr yenidən alovlanır - Səxavət Məmməd yazır
25 Oktyabr 2026 11:10
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22


Bakı -°C

