Ana öz uşağını öldürüb həyətdə basdırdı
Rusiyanın Başqırdıstan Respublikasında dəhətli cinayətin üstü açılıb.
Yerli polis aparılan istintaq zamanı ananın öz körpəsini öldürərək həyətlərində basdırmasını üzə çıxarıb.
Rusiyanın İstintaq Komitəsi açıqlayıb ki, İsmailovo rayonunun sakini 29 avqust tarixində polisə 1 yaşlı oğlunun itməsi barədə məlumat verib. Uşağın axtarışlarına polis, xilasedici və könüllülər cəlb edilib.
Polis əməkdaşları itkin düşdüyü iddia edilən uşağın anası ilə söhbət zamanı onun psixoloji problemlərinin olmasını müəyyənləşdiriblər. Daha sonra qadından alınan ifadələr zamanı onun öz körpəsini öldürərək həyətində basdırmasını üzə çıxarıblar.(BAKU.WS)
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35