adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 13:45
3972
MƏMLƏKƏT

"Ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib" - Səhiyyə Nazirliyi

Azərbaycanın Ucar rayonunda qeysəriyyəolunaraq yeni uşaq dünyaya gətirmiş gənc ananın ölümü ilə bağlı SəhiyyəNazirliyindən açıqlama verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar QədirlininAdalet.az-a verdiyi məlumata görə, 19 yaşlı qadın bədbəxt hadisə nəticəsindədünyasını dəyişib.



"1994-cü il təvəllüdlü Sayat Abdulrəhmanovaaprelin 21-də Ucar Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün daxil olub. Həmin günonun üzərində qeysər kəsiyi əməliyyatı aparılıb. Əməliyyat normal keçib vəsağlam uşaq dünyaya gəlib. Lakin aprelin 22-də səhər saatlarında ana palatada gəzməkistədiyini deyib. S.Abdulrəhmanova carpayıdan ayağa qalxıb bir az gəzmək istəsədə, özünü yaxşı hiss etmədəyini söyləyərək yenidən carpayıda əyləşib. Elə buzaman da o, carpayıdan üzü üstə yerə yıxılıb. Kəllə-beyin travması alan xəstəninbeyninə qan sızıb. Xəstə üçün təcili reanimasiya tədbirləri görülsə də, onuxilas etmək mümkün olmayıb”, - deyə Anar Qədirli bildirib.

Nzirlik rəsmisi bildirib ki, hadisədə tibbipersonalın günahklar olub-olmadığı hələlik məlum deyil. "İndi araşdırılmalıdırki, protokola görə, tibbi personal xəstənin yanında qalmalıydı, ya yox. Hazırdahadisəni istintaq orqanları araşdırır. Bu hadisənin baş verməsində tibbipersonalın günahının olub-olmamasını da istintaq orqanları müəyyən edəcək”, -deyə Anar Qədirli əlavə edib.