adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Avqust 2014 19:25
10360
SİYASƏT

AMİP sədri müxalifəti qınadı

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) sədri Yusif Bağırzadə son günlər həbs olunanlarla bağlı müxalifətpartiyalarının keçirdiyi iclaslarda iştirak etməmələrinin səbəbini açıqlayıb. Qeydedib ki, həbs olunan hər bir şəxsi siyasi məhbus kimi göstərmək doğru deyil. Buna görə də AMİP bu məsələlərdənkənardadır: "Biz siyasi həyatda varıq, amma hər şeyi də siyasiləşdirmək doğrudeyil. Mənim həyatımın bir hissəsi siyasidir. Mən daha çox vətəndaşam.Mən də hər hansı bir hadisə törədə bilərəm, ancaq partiya mənsubiyyətimə görəsiyasi məhbus hesab olunmamalıyam”.

Y.Bağırzadəonu da qeyd edib ki, onlar hər iclasa qatıla bilməzlər: "Biz kiminsə qarşısındaöhdəlik götürməmişik ki, hər iclasda iştirak etməliyik. İclaslar olan günüməlumat vermişdim ki, yas yerindəyəm, şəhərdən kənardayam. Bundan başqa,həbslərlə bağlı məhkəmənin qərarı olmalıdır, onların vəkilləri var. Bu məsələilə onlar məşğul olmalıdırlar”.