Amerikalıların ən böyük problemi inflyasiyadır
İctimaiyyət inflyasiyanı ABŞ-ın üzləşdiyi əsas problem kimi görür.
Bu barədə danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki,bununla yanaşı irçilik problemi hələ də ABŞ-da yaşanmaqdadır.
“Hər on amerikalıdan yeddisi inflyasiyaya ölkənin ən böyük böyük problemi kimi baxır, növbəti yerlərdə isə səhiyyə xidmətinin əlçatımlı olmaması (55%) və cinayətlər (54%) gəlir.
Pew Araşdırma Mərkəzinin 25 aprel-1 May tarixlərində 5074 respondent arasında apardığı sorğuya görə, fikri soruşulanlarım təxminən yarısı silah zorakılığı və federal büdcə kəsirinin çox böyük problem olduğunu deyir (hər biri 51%). Koronavirus pandemiyasının başlamasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, amerikalıların yalnız 19%-i onu ölkə üçün çox böyük problem olaraq.
2020-ci ilin iyun ayında, epidemiyanın ilkin mərhələlərində, 58% bunu çox böyük bir problem olaraq qiymətləndirirdi.
Respublikaçılara görə inflyasiya ən böyük milli problemdir.
Demokratlara görə əsas narahatlıqlar silah zorakılığı, tibbi xidmətin əlçatımlı olmaması və anlığı dəyişikliyidir.
İrqçiliyin ölkə üçün çox böyük problem olduğunu deyənlərin payı ötən aprel ayından bu yana 10 faiz azalaraq 45%-dən 35%-ə düşüb. Dəyişikliklərin əksəriyyəti Demokratlar arasında olub: 49% indi irqçiliyi əsas problem hesab edir, təxminən bir il əvvəl bu rəqəm 67% idi. Respublikaçıların fikirləri əsasən dəyişməzdir (bu gün 14%, sonra 19%)”.
Emin
Digər Xəbərlər
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26


Bakı -°C

