Amerika kubokunun qalibi Çili oldu
Bu gecə futbol üzrə Amerika kubokunun qalibi müəyyənləşib.
Adalet.az-ın məlumatına görə, Santyaqoda keçirilən final matçında turnirə sahiblik edən Çili və Argentina yığma komandaları qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması rəqibinə 4:1 hesabı ilə qalib gələrək Amerika kubokuna sahib olub.
Qeyd edək ki, Çili yığması tarixdə ilk dəfə olaraq Amerika kubokunun qalibi olub.
Bir gün əvvəl isə Peru 2:0 hesabı ilə Paraqvay yığmasını məğlub edərək turnirin bürünc medallarını qazanıb.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06