adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 May 2019 12:22
29556
DÜNYA

Amerika İrana hücum etməyə hazırlaşır?

Keçən həftətəyyarə gəmisi USS Abraham Lincolnu Bəhreynə yollayan Tramp çox keçməmişB-52 bombardıman təyyarələrini də Qətərə yolladı. Bundan əvvəl Pentaqonmümkün İran hücumlarına qarşı bölgədəki ölkələrə Patriot roketləri göndərəcəyiniaçıqlamış və Bəhreyn, BƏƏ-yə 6 milyarddollarlıq Patriot roketlərini satmışdı.

İranınqonşuluğunda yerləşən 11 ölkədə Amerikanın hərbi hissələri və təhlükəsizlikbüroları var. İrandan İsrailə atılacaq roketləri əvvəlcədən görmək üçün MalatyaKürəcikdə yerləşən hərbi hissə çox böyük strateji əhəmiyyət daşıyır. ABŞ bubölgədə baş verəcək bütün hadisələri isəİraqın işğalında olduğu kimi Qətərdəki hərbi hissələrindən nəzarətdə saxlayır.

Bəs ABŞİrandan nə istəyir?

Axıİranın Amerikaya qarşı heç bir fəaliyyəti yoxdur. Axı İran ABŞ və Qərb liderlərininistəyinə görə nüvə proqramından da imtina etdi.

Beləgörünür ki, Trampın hakimiyyətə gələr-gəlməz İranı "problem”-ə çevirməsinin ikisəbəbi var:

1.İsrailin təhlükəsizliyini sonsuzadək qorumaq

2. İranıBəhanə edərək Körfəz ölkələrinə yüz milyardlarla dollarlıq silah satmaq.

Tramp hərfürsətdə "Sizi qoruduğumuz üçün pul ödəyəcəksiniz” kimi açıqlamalarıyla kral vəəmirləri alçaldır.

"Qüds,Qolan və Qərbi Şeriyanın bir qismi İsrailindir” deyərək son bir həmlə ilə Fələstindavasını sonsuzadək bitirməyə çalışır, amma ilk olaraq İran və İranın dəstəkverdiyi Suriya və Liviya Hizbullahını zərərsizləşdirməyə çalışır. Çünki qanlıƏrəb Baharı zamanı 60 mindən çox əsgəri ölən Suriya və Hizbullah dirəniş göstərdiyimüddətdə İsrail rahat nəfəs ala bilməyəcək. Yerdə qalan ərəb ölkələri ABŞ tərəfindənpulla alınıb, müqavimət göstərənləri isə bir üsulla yola gətirməyə çalışır.Aranı qızışdıraraq məqsədinə çatmağa çalışan Trampdan hər cür addımı gözləməkolar. Seçkilər zamanı rəqibi Hilari Klintona "İŞİD-i sən qurdun!” deməyinixatırlayın. Bütün bu baş verən hadisələr onu deməyə əsas verir ki, bu bölgədə nələrsəbaş verəcək, müharibə çıxmasa da nələrsə baş verəcək.