27 Avqust 2015 16:33
10608
ƏDƏBİYYAT

Amerika ədəbiyyatına "vizit kartı" qazandıran yazıçı

Amerikaqadını və onun problemlərini bir kişi olaraq ən yaxşı anlayıb qələmə alanyazıçı - Teodor Drayzerin 27 avqust doğum günüdür. 1871-ci ildə İndiana ştatındaanadan olmuş gələcək yazıçı ailənin 12-ci uşağı idi. Kasıbçılıq - anasının, bacılarının, qonşuqadınların timsalında yoxsul qadının çəkdiyi əzab-əziyyətdən xəbərdarolan Drayzer onların psixologiyasına yaxşı bələd idi. Onun qadın qəhrəmanlarıilə tanış olan oxucu inana bilmir: bir kişi qadın təfəkkürünü, düşüncəsini bu qədərmükəmməl necə bilər? Oxucuya elə gəlir ki, sanki bu həyatı yaşamış bir qadıngündəliyini oxuyur... Bu, bəlkə də, həyat müşahidələri ilə yanaşı Drayzerin,Spenser kimi filosofları, eləcə də psixologiya ilə bağlı əsərləri mütəmadi qiraətetməsi ilə əlaqədar idi.  

Drayzerinqələmi ilk vaxtlarda heç də ona sevinc gətirmədi. Belə ki, 1900-cü ildə yazdığı"Kerri bacı" romanı ona şöhrət yox, rüsvayçılıq və həqarət gətirdi.Romanın qəhrəmanı Kerri aşağı təbəqədən olsa da yuxarıya can atan, bunun üçün məşuqəbelə olmağa razı olan qadındır. Bu yolla sonra məşhur aktrisa olur. Vaxtilə1250 nüsxədə çap edilmiş kitabın yalnız 450-si oxucuya yetişdi, qalan nüsxələrisə "donduruldu". Tənqidçilər Drazyzeri qəddarlıqda, əxlaqsızlıqdagünahlandırıb, ona "gəncləri pis yola çəkən" damğası vurdu. Onlarınfikrincə "Kerri bacı" romanı qadın xoşbəxtliyinə aparan yolun təmiz vəşərəfli, bu yolla gedənin isə günahsız və ləyaqətli olduğunu vəsf edən çəhrayıAmerika romançılığına zərbə vurmuşdu. Otuz yaşlı yazıçı özünün 68 dollar 40sent qonararını alaraq tam 10 il sükuta qərq oldu.

Yeddi ildənsonra "Kerri bacı" kitabı İngiltərədə növbəti dəfə işıq üzü gördü,bestsellerə çevrildi, tənqidçilərin ən yüksək rəyini qazandı, bütün Avropa dillərinəçap olundu və yalnız bundan sonra ABŞ-da nəşr olundu. Hal-hazırda isə bu kitabıXX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırırlar.

1915-ciildən sonra Drayzer hekayə və esselər yazmağa başlayır: bütün bu əsərlərdəictimai qaydaların adi adama göstərdiyi əzici təsiri əks etdirir. Bu ideya onunən məşhur əsəri olan "Amerika faciəsi"nin mövzusunu təşkil edir. Əsərihəqiqətən baş vermiş məhkəmə prosesinin protokoluna əsaslanır: cəmiyyətdə irəligetməyə can atan gənc adam cinayət törədir və ölüm cəzasına məhkum edilir. Yerigəlmişkən, bu kitabda əvvəlki Spenser heyranlığı başqa dünyagörüşü ilə əvəz olunur.

"Kerribacı" romanından sonra Teodor Drayzer "Cenni Herhardt" (1911),"Arzular trilogiyası": " Maliyyəçi " (1912),"Titan" (1914), "Dözümlülük" (tamamlanmamış, 1947),"Dahi" (1915), "Amerika faciəsi" (1925), "Dayaq"(1946) romanlarını, publisistik məqalələr və "Vur, təbil!" pyesini,"Drayzer Rusiyaya baxır" (1928), "Faciəli Amerika" (1931) və"Məktublar" (1959) publisistik əsərlərini yazıb.

TeodorDrayzer 1945-ci il dekabrın 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat edib.