adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Yanvar 2015 15:24
6588
DÜNYA

Almanlar İslam dininə görə ikiyə bölündülər

Almaniyanın kansleri Angela Merkelin "İslam Almaniyanın bir hissəsidir”ifadəsi bu ölkədə ikitirəlik yaradıb. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, qatı xristianlar bu fikrin əleyhinəçıxaraq İslam dinini Almaniyanın bir hissəsi kimi təqdim edilməsinin qətiyyətlərədd edirlər. Almaniyanın Focus jurnalının keçirdiyi sorğu belə deməyə əsasverir. Sorğuda iştirak edənlərin 56%-i İslam dininin Almaniya ilə bağlılığının əleyhinə,44%-i isə leyhinə səs verib. Sorğuda 2019 nəfər iştirak edib.

Qeyd edək ki,hazırda Almaniyada 4,3 milyon müsəlman yaşayır. Onların 65%-i sünni təriqətinə, 20%-i şiə, qalanı isə sələfi və digər təriqətlərəaid olan müsəlmanlardır.