Almaniya Rusiyaya qarşıdır
Almaniya Rusiyanın G7-yə qaytmasının əleyhinədi. Bu barədə bəyanatla çıxış edən AFR-in Xarici işlər naziri Xayko Maas bildirib ki, Donbassda münaqişə həll olunmayana, Krımın Ukraynaya qaytarılması məsələsinə aydınlıq gətirilməyənə qədər G8 formatının bərpa məsələsinə baxılmayacaq. O, həmçinin Hindistan və Rusiyanın iştirakı ilə bağlı hər hansı bir formata da baxılmayacağını qeyd edib.
"Rusiyanın G8-dən çıxarılması, onun Krımı işğal etməsi və şərqi Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardı. Bu məsəllələr həllini tapmayanacan, bu formatın bərpa olunması məsələsinə də baxmağın mənası yoxdu"-deyə Maas "Rheinsche Post"a müsahibəsində bildirib.
AFR XİN-nın rəhbəri xüsusi vurğulayıb ki, Krımı Ukraynanın bir hissəsi kimi tanıyır: " Biz çiynimizi büküb, XXI əsrdə Avropada kiminsə özbaşına sərhədlərini genişləndirməsinə baxa bilmərik. Biz Ukraynanın şərqində vəziyyəti həll edə bilsək, Krım məsələsi də həll oluna bilər."
Maas ABŞ prezidenti Donald Trampın Rusiyanın yeni formatda dialoqa qoşulması ideyasına maraq göstərmədiklərini bildirib. O, hazırki klub üzvülərinin onları qane etdiyini qeyd etməklə yanaşı rusiyalı həmkarı Serqey Lavrovun işini yüksək qiymətləndirib.
Donald Tramp 30 mayda G7 formatının maraqlı olmadığını bildirərək, Rusiya, Hindistan, Cənubi Koreya və Avstraliyanı da cəlb etməklə yeni formatda klub yarsdılmasını təklif etmişdi. G7 sammitinin keçirilməsi İyun ayında ABŞ-da keçirilməsi planlaşdırılsa da, ABŞ-da başlayan kütləvi etirazlar səbəbindən götüşün payızda keçirilməsi qərara alınıb.
Yeni formata münasibət bildirən Fransa, Kanada və Böyük Britaniya da Rusiyanın hər hansı formatda sammitdə iştirakının əleyhinə çıxış ediblər.
Rusiya tərəfi isə sammitə Çinin də dəvət olunmasını istəyir. RF-sı prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, " Çin bu sammitdə iştirak etməsə, bu sammitin mənası olmayacaq".
Rüstəm Hacıyev
Digər Xəbərlər
28 Aprel 2024 13:43
Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”
28 Aprel 2024 13:41İsveçli qadın Quranı yandırdı
28 Aprel 2024 12:07Türkiyədə polis nəfəri idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
28 Aprel 2024 10:08Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49