adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2024 09:04
311
DÜNYA

Almaniya hökuməti Putini prezident kimi tanımır..?

Almaniya Federativ Respublikası nazirlər kabinetinin nümayəndəsi Kristiane Hofman bəyan edib ki, Almaniya hökuməti Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini tanımır. Almaniyanın xarici işlər nazirliyi də, öz növbəsində rəsmi sənədlərində ümumiyyətlə Rusiya prezidentinin vəzifəsini qeyd etməkdən imtina edib, yalnız onun soyadı- Putin kimi göstərilir. 

Rusiyanın xarici işlər nazirliyinin rəsmi nünayəndəsi Mariya Zaxarova, öz Telegram-kanalında yazır ki, alman diplomatları Vladimir Putinin vəzifəsini qeyd etməkdən qorxurlar. 

Xanım Zaxarova daha sonra, Kiplinqin  "Cəngəllik kitabı"nı xatırladaraq yazır ki, "heyvanlar  odu- od adı ilə  deməkdən qorxurduqları üçün, ona "qırmızı gül" kimi ad fikirləşiblər"

Rusiya XİN-nin sözçüsü, Almaniyanın xarici işlər nazirliyinə həkimlərin dəvət olunmasını təklif edərək bildirib ki, "ona görə ki, orda yaddaş pozğunluğu və kəskin fobiya meşayət olunur".

  Rüstəm Hacıyev