adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Yanvar 2020 11:12
40113
ƏDƏBİYYAT

Allahşükür Ağa: Müşfiqin bir şeiri var, divara yazılan - ŞEİRLƏR

Adalet.az Allahşükür Ağanın şeirlərini təqdim edir.



Çiçəklər, əllər

Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.

Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.

Indi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
Indi də zibil qabını.

Arxasınca ağlayanxatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.

Qayıdıram

Atılıbdüşürəm
Qayıdıramtorpağa.

Küləklər əlim,
Şimşəklərdilim.
Buludlartelim,
Gedirəmtorpağa.

Birazağlamağımla,
Birazoynamağımla,
Gedirəm.

Deyirlərtorpaqlarazalıb
Qayıdıramtorpağa.

Birparçasuyuydum,
Birqalaqdaşıydım,
Bir çəngə buluduydum,
Adamkimiqalxdımayağa.

Buludlar,
Daşlar,
Sular azalıb
Qayıdıram yerimə...

Səs salmayın

Xəbər gözləyənnənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki
Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.

Kababıköz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz allah, səs salmayın...

Ləpir

Axşam qoyubgəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.

Bir ayaqləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...

Bir alagözsərçə su içir
Ayaq ləpirimdən.

Başını yuxarıqaldırdıqca
Sərçənin duasını eşidirəm:
"Allah, sabahımız üçün də
Bir ayaq saxla.”

Eləsevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...

Bayıl türməsi

Bu asfaltınaltında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?

Ayağımı yerəbərk vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı var.

Burda, baxburda,
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.

Burda, baxburda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...

Yanımdakıqoca bir qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm; qanı da?