adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2019 11:00
39137
ƏDƏBİYYAT

ALLAHI SEVƏN RAFİQ TAĞI...

8il öncə noyabrın 19-da gecə evinə dönərkənbıçaqlanan tanınmış yazıçı RafiqTağı xəstəxanada jurnalistə müsahibə verəndən bir-neçə gün sonra (noyabrın 23-də) dünyasını dəyişdi. Qətlinə fətvaverilən Rafiqin bıçaqlanması nə qədər "başa düşülən” idisə, 4 gündən sonra xəstəxanada qəfildən vəfatıbir o qədər dəmüəmmalı idi.

Özünü yaxşı hiss edirdi

Noyabrın 20-də APA agentliyi həkimlərə istinadən "ölüm təhlükəsi olmadığını”, 21-də isə BBC News Azərbaycanca onun səhhətində müsbət dəyişiklərin olduğunu bildirmişdi. Yeddi yerdən yara almış Rafiqin jurnalistədediklərindən belə məlum olurdu ki, hücum edən şəxs onun sinəsinə bıçaqvurmaq istəyərkən, yazıçı əlindəki qovluğu sinəsinə sıxıb, buna görə də, bıçaqürəyinə girməyib...

O gün onu reanimasiyadan palatayaköçürmüşdülər. Rafiqi 40 ildən çoxtanıyan yaxın dostu şair Baba Vəziroğluda BBC Azərbaycancaya onun özünü çox yaxşı hiss etdiyini söyləmişdi...

Əfsuslar olsun ki, "Cinayətlərimizin əksəriyyəti əxlaq və mənəviyyat motivlidir” deyən yazıçını,esseisti və təcili yardım həkimini"təcili və təxirəsalınmaz” ÖLÜM ağuşuna aldı. Buölüm onu dörd - beş il idi ki, casus kimi izləyirdi.

Fətva

...Allahısevən və Allahın da onu sevdiyini düşünən Rafiq Tağıdin xadiminin Allahın adı ilə başqasının ölümünə fətva verməsiniabsurd sayırdı.

Rafiqin Masallıdan olduğunu təbii ki, çoxumiz bilirik. Fəqət Allahdan aşağı baş verən fırıldaqları həzm edə bilməyən yazıçının qətlinə fətva verən iranlı ayətulla Şeyx FazilLənkaraninin əslən Masallıdan olduğunubilənlər azdır. Şeyx Fazilin atasıda adlı-sanlı din xadimi idi, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra İrana mühacirət etmişdi.

"Sənət qəzeti"ndə çap etdirdiyi"Avropa və biz” essesinə görə həbs olunması,2007-ci ildə 75 yaşlı Şeyx FazilLənkəraninin vəfatı Rafiqinqətlinə verilən fətvanı "durdurmadı”

Rafiq Tağının fikrincə, əsl İslam dinini ortaya çıxarmaq üçün bütünmövhumi işləri tənqid etmək lazımdır.Deyirdi ki, mənim dinlə bağlıyazdıqlarım Axundovun «Kəmalüddövləməktubları»nın yanında milyonda bir dəyərində deyil..."Avropa və biz” yazımdin haqqında deyildi. Avropa dəyərləri haqqında idi”

Xeyirxah adam idi

Azərbaycanda Rafiqəvicdanlı, olduqca təmiz, xeyirxah, maarifpərvər, əsl ziyalı kimi dəyər verənlər də vardı. Baba Vəziroğlunun təbrincə desəm, Rafiq böyük yazıçı olduğu kimi kiristal vəziyansız bir insan idi.

Haqqındayazılanlardan: Təcili yardımda işlədiyi vaxt yataqxanadaağır güzəran keçirən bir qaçqın ailəyə xəstə üstünə gedir. Çıxanda balacauşaqların suda çörək isladıb yediklərini görür. Gəlib bir həftəlik bazarlıq edərəkgeri qayıdır və ərzaqları qaçqın ailəyə verir.Rafiq Tağı tutulanda o ailədə həmin islanmış çörəkləri yeyən uşaqlarböyüyüb Rusiyada ticarətlə məşğul olurmuşlar. Xəbəri eşidən kimi gəlib yazıçı-həkiminbaşsız qalan ailəsinə öz yardımlarını təklif ediblər.

Müsahibələrinin birində "RafiqTağı mənim tərcümeyi-halımdı...” deyənBabaVəziroğlu onun hekayələrini Çexovun hekayələrinə bərabər tutur.

Ateist deyildi

"...MənAllahı 16 yaşımda Tibb İnstitutuna qəbul olunanda tanımışam. Ona qədər isəkor-koranə ateist idim, çünki sovet məktəbi bunu tələb edirdi. Amma tibb sahəsinəgələndən sonra gördüm ki, bu cür dərin, gözəl şeylərin mütləq bir yaradıcısıolmalıdır. 16 yaşımdan bu günə kimi heç kim deyə bilməz ki, sən ateistik fikirdemisən. Amma Allahdan aşağı olan bir çox fırıldaqları həzm eləmirəm...”

Şərqölkələrində baş verənlərə təəssüf edirdi Rafiq. Bir də deyirdi ki, niyə Qərb ölkələri çiçəklənir, amma İslamölkələrinin çoxu acından ölür?

Rafiqin bəzi fikirləri ziddiyətli olsada özü konfliktə meylli adam deyildi. Səmimiliyi,saflığı, həlimliyi, təmkini danışığından,davranışından bəlli olurdu.

Yaralandığı gün...

Yazılarına olduğu qədər də həkimlik sənətinə çox məsuliyyətli vəciddi yanaşırdı. Baxın, bu adamgörün nə qədər doğru - dürüst, vicdanlıadam idi ki, ağır yaralandığı gecəişlədiyi təcili yardım məntəqəsinə zəng edib, sabah işə gələ bilməyəcəyi üçünicazə alıb.

RafiqTağı on bir il Moskvadayaşamışdı. Dediyinə görə, Moskva mühiti onu azad düşünməyə öyrətmişdi. Ammaözünün dediyi kimi, Azərbaycana gələndənsonra yazılarına etiraz dalğası təbəqə-təbəqə olurdu. "Məsələn. elə yazım olur ki, siyası təbəqə qoşulur. Elə yazım da olurdini, bəzən də ziyalı təbəqə qoşulur.”

Ölümünəsevinənlər də vardı.

Təssüf ki, 8 il əvvəl Rafiqinölümünə sevinənlər də vardı... Yazıçı Seyran Səxavət haqlıolaraq deyirdi ki, "Rafiq Tağının ölümünə sevinənlər, görünür,ondan xeyli əvvəl ölüblər, sadəcə elə-belə fiziki cəhətdən mövcuddurlar”.

Yazıçı,millət vəkili Aqil Abbas təssüflədeyirdi:

- Ənböyük ateist Mirzə Fətəli Axundovu, dini fanatizmi tənqid edən Mirzə Cəlili,Sabiri öldürmədilər. Özü də dinin ən yayğın vaxtında... Ancaq 21-ci əsrdəhansısa açıq fikirlərinə görə Rafiq Tağını öldürdülər...Görün bizhardan-haraya gəlmişik. Cəhalət daha da artır. Buna qarşı da dövlət qurumlarımübarizə aparmalıdır...Bizdə yalançı dindarlıq, yalançı vətənpərvərlik vəbaşqa "pərvər”lik var. Rafiq Tağı bu mənada çox aydın adam idi. Dini qəbul etməyəbilərdi, kəskin yazıları ola bilərdi, ancaq buna öldürməklə cavab verməkolmazdı.

Yaradıcılığa şeirlə başlamışdı

Mən məktəbli ikən Rafiqi rayon qəzetində dərc olunan yazılarından tanıyırdım. Bədiiyaradıçılığa şeirlə başlamışdı.İlk şeirləri 19 yaşında"Çağırış” qəzetində dərc olunmuşdu.Şeirlərində bulaqları su dolu sərincə, daşlarıdağ çayının yumruqlarına, kəhraba zəmilərdə başını aşağı dikən sünbülləri həyalı, utancaq gözəllərəbənzədən Rafiq Tağınin özü dəçox abırlı, el arasında deyildiyi kimi,başıaşağı,qızdan- gəlindən həyalı İNSAN idi.

70-ci illərdə "Çağırış”ın şənbə səhifəsində "NovruzXoşbəxt kopmleksi” adında maraqlıbir yazısı dərc olunmuşdu. Düzü, belə"fağır” adamın qələmindən sərt yazıçıxmasını çoxu gözləmirdi. İllərkeçdi, mən də Novruz Xoşbəxt haqqında esse yazdım.Bəzən xarici görünüşü şair olanın daxili şair olmur. Bəzən də əksinə.... Rafiqin vəsonralar mənim obrazını yartmağa çalışdığım əyalət şairi Novruzmüəllim həm daxilən, həm zahirən şair idi . Rafiq də "Novruz Xoşbəxt kombleksi”nə fəlsəfiaspektdən yanşmışdı. Əslində sovet dönəmindəbelə təxəllüs götürən şairlərinheç biri xoşbəxt deyildi...

RafiqləBakıda dəfələrlə görüşüb, həmsöhbər olmuşduq. Mən onun heç vaxt hündürdən danışan, ya da küçədə gedərkən dönüb qız-gəlinə baxdlğını görmədim.Belələri ailəyə də sədaqətli olur, dosta da, Vətənədə, elə SÖZƏ də...

Rafiq sözün təəssübünü çəkən qələm sahibi idı...

"Bəşəriyyətin xilası, tərəqqisi üçün həbsə düşmək olar..”

deyirdi Rafiq.Birdəfə məndən soruşdu ki, sən heç həbsxana həyatı yaşamısan? Dedim, yox. Dedi: Rəhmətlik Mamed haqqında qəzetdədərc olunmuş yazının birparçasını oxudum. Maraqlı üslub seçibsən... Axıracan belə davam etsən yaxşıolar...” Söhbət mənim o vaxt həbsxanada dünyasını dəyişmiş Masallı Mamedə həsr etdiyim"Novruz elegiyası”dan gedirdi.

Müsahibələrinin birində " həbsxana insan üçün, xüsusən də yazar üçün necə biryerdir?- sualınagülümsünə - gülümsünə belə cavabvermişdi: "Pis yer deyil... Mən hərdən həkimyoldaşlarıma deyirəm ki, hərənizin üç-dörd ay orda yatmağınız pis olmazdı. Məsələn,xırda oğurluq-filan eləyib düşün ora. O mənada ki, həyat təkcə komfortyaşamaqdan ibarət deyil. Elə olsa, insan çox zəif olar. Düzdü, ora heç kimgedib elə-belə düşmür, amma ordakıların heç də hamısı cani deyil. Pozitiv şeylərəgörə də həbsxanaya düşmək olar. Məsələn, hansısa ideologiya uğrunda...”

Rafiqin bəxtigətirmədi.

Onun yas mərasiminə sevimli sənətkarımız, mərhumxalq artisi İlham Əsgərovla birlikdə getmişdik. O vaxtdan ta bu günəcən haqqında həmişənəsə yazmaq istəmişəm. Hər dəfə dədüşünmüşəm ki, Rafiq kimi qələmsahibini elə onunöz fikirləri ilə təqdim etmək daha yaxşıdır. Deyirdi bizim "Azərbaycaninsanı öz talantlı və nəcibliyi ilə ciddidir. Axtarsan, korrupsionerimiz dəciddidir, canimiz də: milli dəyər daşıyıcılarıdır...”

Rafiqin həbsinə və ölümünə "səbəbolan” fikirləri bu gün bir çoxları da deyir. Əksəriyyətişiə olan xalqın heysiyyatınatoxunan, türkü aşağılayan, onun tarixi şəxsiyyətlərini, ŞEYXÜLİSLAMINI təhqiredənlər arasında hətta millət vəkilləri də var.Amma onların heç biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin283-cü maddəsi ilə (milli, irqi və dini ədavətinqızışdırılması) məsuliyyətə cəlbolunmur.

Bu mənada özünüölümünə fətva verən İranın 7 dinxadimindən Allaha yaxın bilənvə bədəninin yeddi yerindənbıçaqlanan Rafiq Tağının bəxti dəgətirməmişdi. Hər dəfə onun müəmmalı ölümü barədə düşünəndə yadıma Masallının digər bəxtsizvə istedadlı qələm əhliBöyükxan PƏRVİZİN bu misralarıdüşür:

"Yenə haxlımı öldürən, yenə günahkar ölənmi?”

Hərikisinin ruhuna ehtiramla,

NurəddinƏDİLOĞLU.

23.11.2019