adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2019 13:11
24610
MARAQLI

Alimlər: Kişilər qadınlardan gec böyüyür

Çoxumuz yaşlıkişilərin özlərini uşaq kimi apardığını deyirik. Qadınların isə daha tezyetkinliyə çatdıqları hesab olunur. Alimlər bu fikirlərin həqiqətdən uzaqolmadığını aşkarlayıb.

Məlum olub ki, kişi və qadınların beyni gündəlik həyatda tətbiq olunan eyni qabiliyyətləri inkişaf etdirir. Buna baxmayaraq, kişilər funksional şəbəkələrinin uzunmüddətli inkişafında qadınlarla müqayisədəçox vaxt daha ləngdirlər. Məhz buna görə də onların daha gec böyüdüyü hesab olunur. Qadınlarda isə adıçəkilən şəbəkələrin vaxtından öncə köhnəlməsi müşahidə olunur.

Oksford Universitetinin alimləritərəfindən keçirilən təcrübə zamanı məlum olub ki, insan beyninin yetkinləşməsionun funksional və struktur xüsusiyyətlərinin uzunmüddətli inkişafınınnəticəsidir. Bu xüsusiyyətlər zamanlabizim həyatımıza öz təsirini göstərir.Alimlər yetkinləşmə zamanı hansı psixi xüsusiyyətlərin dəyişdiyini, hansılarınisə stabil qaldığını aydınlaşdırmağa çalışıblar.

Tədqiqatçılar beyin vizuallaşdırmasıyolu ilə dörd yaşından 40 yaşınadək 121 iştirakçının beynini araşdırıblar. Nəticəçıxarılarkən iştirakçıların yaş və cinsinəzərə alınıb.

Qadın beyninin daha effektiv olduğunu təsdiqləyən başqaməlumatlar da mövcuddur. Bu qənaətə gələnlərdən biri Meksikanın MilliMuxtar Universitetinin Tibb fakültəsinin fiziologiya və farmakologiyaüzrə professoru Eduardo Kalikstodur.

O, bu yaxınlarda dərc etdiyi yazıda qeyd edirki, qadın beynininyaddaşı daha güclüdür, onlarda daha çox sinir əlaqələri var, qadınlarrəngvə ətirləri xırdalıqlarınadək dərk edə bilirlər. Kaliksto bu göstəricilərihormonlarla əlaqələndirir.

Beləliklə, hazırda elm sayəsində əminliklə deyəbilərik ki, qadın və kişilərin beyni həqiqətən də fərqli işləyir. Bu isəonların davranışlarının və emosional yetkinlik dərəcələrinin fərqli olmasınasəbəb olur.