adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Sentyabr 2019 17:04
27247
MARAQLI

Alimlər elmə məlum olmayan mikroorqanizmlər tapıb

TorontoUniversitetinin alimləri Kanadadakı Kidd mədəninin sularında yaşayanbirhüceyrəli mikroorqanizmlər aşkar ediblər.

Onlar suyun yadsüxurlarla qarşılıqlı təsirindən yaranan kimyəvi maddələri udmaqla sağqalırlar. Sözügedən kəşfYerdə həyatın necə yarandığını və onun başqaplanetlərdə mövcud həyat şərtlərinə nə dərəcədə tab gətirə biləcəyini öyrənməyəkömək edəcək.

Tədqiqatçılar piritin (dəmir disulfid) günəş işığı və oksigen olmadığıhalda belə orqanizmin həyat şərtlərini saxlamağına kömək etdiyini bildiriblər.Bu iddia həmin orqanizmlərin yeraltı su anbarlarında necə yaşamasınınaçıqlamasını verir. Məlumdur ki, yerin səthinin dərinliklərində trilyonlarlabirhüceyrəli varlıq ola bilər.

Yeraltı mikroorqanizmlərin aldığı enerji miqdarı az olduğundan onlardamaddələr mübadiləsi həddindən artıq yavaş gedir. Nəticədə, onlar min illərləheç bir dəyişikliyə uğramadan yaşaya bilər.

Elm adamları açıq mikroblar və digər yeraltı birhüceyrəlilər arasında ailəbağlarının olub-olmadığını müəyyən etmək üçün DNT analizi aparmağahazırlaşdıqlarını bildiriblər.