adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Aprel 2017 14:32
20009
GÜNDƏM

ALİ SOVETİN QANUNU SABİR RÜSTƏMXANLI ÜÇÜN KEÇƏRLİ DEYİL

Bir dəfə Sabir Rüstəmxanlıiçkili maşın sürərkən dövlət avtomobil müfəttişi(o vaxtlar yol polisi belə adlanırdı) onusaxlayır və sürücülük vəsiqəsini əlindənalır. Sabir nə qədər desə ki,qardaş, mən şairəm, «Ədəbi yyatvə incəsənət» qəzetinin şöbə müdiriyəm, özüdə sərxoş deyiləm, xeyri olmur. Nəticədə şair sürücülük hüququndanbir illik məhrum edilir. Sabir müəllimgəlir həmin vaxtlarda Ali Sovetin sədri olanSüleyman Rüstəmin yanına. Süleyman Rüstəmrespublika DAM-ın rəisinə telefon açır vəxahiş edir ki, Sabiri sürücülük hüququndan məhrum eləməsinlər. Rəis bildirir ki,bu mümkün deyil, çünki biz qanunla işləyirik və həmin qanunu da Ali Sovet qəbul edib, biz onu poza bilmərik.

Süleyman müəllim RespublikaDövlət Avtomobil Müfəttişliyinə Ali Sovetin adından belə bir məktub göndərir: «Azərbaycan RespublikasıAli Sovetinin qəbul etdiyi filan-filan qanunaəsasən şair Sabir Rüstəmxanlı sürücülük hüququndan məhrum edilib. Sizə rəsmi olaraqbildiririk ki, Ali Sovetin həmin qanunu görkəmli şair Sabir Rüstəmxanlı üçün keçərli deyil».

Bu rəsmi məktubdan sonraSabir Rüstəmxanlının sürücülük vəsiqəsiniqaytarıb verirlər özünə.

İndi Milli Məclisə siqaretin ictimai yerlərdə qadağan olunması ilə bağlı qanun layihəsi gəlir. Bu da şair dostumuz Rəşad Məcidi çilədən çıxarıb və möhkəm etirazını bildirib, hətta siqaret haqqında elə gözəl birşeir yazıb ki, siqaret çəkməyən o şeiri oxuyandansonra siqaret çəkmək istəyər.

Dostum, sən siqaret təbliğatı aparma və narahat olma. Biz də qanun qəbuledəndə ora ayrıca bir maddə salarıq ki, buqanun şair Rəşad Məcid üçün keçərli deyil.