adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyul 2020 09:16
46790
ŞOU-BİZNES

Aktyorun boşanma səbəbi ortaya çıxdı: Xəyanət...

5 gün olar ki, aktyor İsmayıl Hacıoğlu ilə 4 il əvvəl nikah masasına oturduğu Duyğu Kumarkı boşanıb. Cütlüyün boşanmağının rəsmiləşməsi 10 dəqiqə çəkib.

3 yaşında Yemin adında bir qızları olan Hacıoğlu və Kumarki məhkəməyə qədər bir kafedə oturub gözləyib.Duyğu açıqlamasında "İsmail Hacıoğlu ilə mənim bir qızım var. Onun xoşbəxtliyi üçün hər şey etməliyik. Öz xoşbəxtliyimizi düşünməyi bir kənara qoymuşuq. Ər-arvad kimi ayrılsaq da, ata-ana kimi hər zaman yanyana olacağıq" deyə, bildirib.

Bu açıqlamadan sonra ildırım sürəti ilə boşanmanın səbəbləri paparazziler tərəfindən araşdırılmağa başlanılıb. Ortaya şokedici faktlar çıxıb.



Adalet.az xəbər verir ki, "Çocuk" seriaiındakı rol tərəfdaşı Merve Çağıranla eşq yaşamağa başladığı iddia edildi. Beləki, magazin gündəminə bomba kimi düşən xəbərin ardından gözlər aktrisa Merve Çağırana çevrildi. İkilinin Bozburundaki bir oteldə istirahət etdikləri ortaya çıxdı.

Qeyd edək ki, Merve Çağıran susmaqla hadisələrə seyrçi qalıb.

Əntiqə Rəşid