adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2018 11:42
7273
MƏMLƏKƏT

Aksiz markasız siqaret və araqlar aşkarlandı

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısını alıblar.

DGK-dan Adalet.az-a verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və "Nemiroff" araqları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.