adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Avqust 2014 21:14
4485
GÜNDƏM

AKP-nin yeni lideri bəlli oldu

Bu gün Türkiyəninhakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilib. Adalet.azxəbər verir ki, 1245 nəfərinqatıldığı qurultayın gündəliyinə avqustun 10-da keçirilən prezident seçkilərindəqalib gələn AKP lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın istefası vəpartiyaya yeni sədrin seçilməsi məsələləri daxil olub. AKP sədrliyinə yeganənamizəd isə xarici işlər naziri Əhməd Davudoğlu olub.

Ali toplantıda çıxış edən Ərdoğan partiyaya rəhbərlik etdiyi zamanda Türkiyəqarşısındakı xidmətlərini sadalayıb. O, AKP-nin hədəflərinə yetişməsində əməyikeçən bütün partiyadaşlarına təşəkkür edib və sabah keçiriləcək andiçməmərasimindən sonra Ə.Davudoğluna yeni hökumətin formalaşdırılması səlahiyyətiverəcəyini söyləyib.

 

AKP sədrliyinə namizəd Ə.Davudoğlu isə göstərilən etimada görəƏrdoğana təşəkkürünü bildirib və onun əmanətini layiqincə qoruyacaqlarına sözverib.

 

Daha sonra səsvermə keçirilib. Ə.Davudoğlu 1382 səslə AKP-nin yenisədri seçilib.